Əbül-Həsən Əli ibn Ömər ibn Əhməd əd-Darəqutni (; ) — hədis hafizi, qiraət alimi.
Bioqrafiyası Bağdaddakı Darül-qutnda doğulub. Atası mühəddis olub. Elə bu səbəblə də kiçik yaşlarından hədis sahəsinə yönəlib.
Bağdad, Bəsrə, Kufə və Vasit kimi elm mərkəzlərinə səfərlər edərək bu yerlərdəki alimlərdən dərslər alıb. Müəllimləri arasında Əbül-Qasım əl-Bəğavi, İbn Əbu Davud, Məhəmili kimi dövrün məşhur mühəddisləri vardır. Əbu Səid əl-İstəxridən şafii fiqhini, Əbu Bəkr ən-Nəqqaşdan və İbn Mücahiddən qiraət elmini öyrənib.
Baqillani, Hakim ən-Nisaburi, Əbu Zər əl-Hərəvi, Bərqani və Əbu Həmid İsfərayini ona tələbəlik edib.
Seyyid Himyərinin divanını əzbər bildiyi üçün şiəlikdə ittiham edilmişdir. Halbuki onun Osmanı Əlidən üstün bilməsi bu iddianı təkzib etmişdir. İbn Həcər əl-Əsqəlani də onun şiə olması iddiasını rədd etmişdir.
"Əs-Sünən" əsəri məlumdur.
İstinadlar
Kateqoriya:Sünni imamları Kateqoriya:Sünni hədis topluları Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Ravilər