Yeqor Letov (əsl adı: İqor Fyodoroviç Letov, , ) — rusiyalı şair, musiqiçi, bəstəkar və konseptual sənətçi, Sovet və post-Sovet dövrünün ən təsirli punk rok nümayəndələrindən biri. O, "qrajdanskaya Oborona" () qrupunun qurucusu və lideri kimi tanınır.

Həyatı və yaradıcılığı Letov 1964-cü ildə Omsk şəhərində hərbçi və tibb bacısı ailəsində doğulub. 1982-ci ildə ilk qrupu "Posev"i yaradır və 1984-cü ildə "Qrajdanskaya Oborona"nın əsasını qoyur. Bu qrupun musiqisi punk, noise rock və rus xalq musiqisinin elementlərini birləşdirirdi.

Letovun ev studiyasında təkbaşına yazdığı albomlar lo-fi və ekspressiv səsləri ilə seçilirdi. Onun "Vse idet po planu" (Hər şey plana uyğundur) mahnısı Sovet rejiminə qarşı simvolik bir himnə çevrildi.

1985-ci ildə Letovun anti-Sovet fəaliyyətləri səbəbilə KQB tərəfindən psixiatriya xəstəxanasına yerləşdirilir və üç ay məcburi müalicə alır. 1990-cı illərdə o, Milli Bolşevik Partiyasına qoşulur, lakin 2001-ci ildə siyasətdən uzaqlaşaraq musiqiyə yönəlir və əsasən musiqi fəaliyyəti ilə məşğul olur. 2004-cü ilin fevralında Yeqor Letov hər hansı siyasi qüvvələrdən, o cümlədən millətçi qüvvələrdən rəsmən imtina etdiyini elan edir.

9 may 2007-ci ildə "Zaçem snyatsya snı?" adlı albomu çıxır. Bu albom, "Qrajdanskaya Oborona" qrupunun son albomu oldu. Bu albom sonradan Yeqor Letov tərəfindən, albomları arasında, ən yaxşısı seçilir.

Letovun "Russkoe pole eksperimentov" (1989) albomu rus rok musiqisinin ən əhəmiyyətli işlərindən sayılır.

2000-ci illərdə o, psixodelik rok və eksperimental səslərlə təcrübələr edir. Son albomu "Zachem snyatsya sny" 2007-ci ildə çıxır.

Letov 19 fevral 2008-ci ildə Omskda ürək çatışmazlığından vəfat edir. O, 2008-ci il fevralın 21-də Omsk şəhərində Staro-Vostochnoye qəbiristanlığında, anasının məzarının yanında dəfn edilir.

Onun musiqisi və şeirləri post-Sovet nəsilləri üçün ilham mənbəyidir. Onun həyat yoldaşı Natalya Çumakova onun irsini yaşatmaq üçün arxiv materiallarını yayımlayır.

Əsas albomları "Myshelovka" (1987) "Vsyo idyot po planu" (1988) "Russkoe pole eksperimentov" (1989) "Pryg-skok" (1990) "Zachem snyatsya snı" (2007)

İstinadlar

Kateqoriya:Rus bəstəkarlar Kateqoriya:Rus şairlər Kateqoriya:Rus milliyyətçiləri Kateqoriya:Rusiya şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ dissidentləri Kateqoriya:Rusiya müğənniləri Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:SSRİ rəssamları Kateqoriya:XXI əsr şairləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:Musiqi Kateqoriya:Rusiya rəssamları Kateqoriya:XXI əsr rəssamları Kateqoriya:XX əsr rəssamları