Şakil Makkissik (; ) – əslən ABŞ-dən olan milliləşdirilmiş Azərbaycan basketbolçusu. O, Yunanıstan Basketbol Liqasında çıxış edən "Olimpiakos" klubunun oyunçusudur.

İlk illəri Makksik İndiana ştatında tənha bir ananın oğlu kimi doğulmuşdur. Bioloji atası ilə heç vaxt tanış olmamışdır. O, 12 yaşı olanda anası bir pastorla evlənmiş və Makkissik ailəsi ilə Sietl şəhərinə köçmüşdür. Anası boşandıqdan sonra İndiana ştatına qayıtsa da, Makkissik Vaşinqton ştatında qalmış və Kentdə yerləşən Kentric liseyinə daxil olmuşdur.

Kollec karyerası 2009–10 və 2012–13 mövsümlərində Edmonds Kolleci üçün oynamışdır. 2013-cü ildə "Arizona Şteyt San Devils" komanda oynamağa başlamışdır. Komandadakı son mövsümündə ortalama 12,4 xal və 4,7 ribaundla çıxış etmişdir.

Peşəkar karyerası Makkissik 2015-ci ilin iyulunda İtaliyanın "Viktoriya Libertas Pesaro" klubu ilə müqavilə imzalamışdır. 7 dekabr 2015-ci ildə Cənubi Koreyanın "Çanvon LG Seykers" klubuna qoşulmuşdur. Cənubi Koreya karyerası zamanı yerli çempionatda ortalama 16,1 xalla çıxış etmişdir. 2016-cı ilin iyununda Türkiyənin "Muratbey Uşak Sportif" klubuna keçmişdir.

29 iyun 2017-ci ildə "Qran Kanariya" ilə birillik müqavilə imzalamışdır.Gran Canaria signs Shaquielle McKissic İspaniya çempionatında ortalama 5,5 xalla çıxış etdikdən sonraShaquielle McKissic, Gran Canaria part ways məşqçi Luis Kasimiro ilə münaqişə yaşamış və klubdan ayrılmışdır. Altı gün sonra Rusiyanın "Avtodor Saratov" klubuna qoşulmuş və mövsümün axırına qədər klubda çıxış etmişdir.Shaquielle McKissic inks with Avtodor Saratov

5 iyul 2019-cu ildə Türkiyə çempionatında çıxış edən "Beşiktaş" klubu ilə birillik müqavilə imzalamışdır. O, Çempionlar Liqasında ortalama 16,6, Türkiyə çempionatında ortalama 17,6 xalla çıxış etmişdir. 10 fevral 2020-ci ildə "Olimpiakos" klubuna keçmişdir. 7 fevral 2021-ci ildə komanda ilə müqaviləsini 2 il uzatmışdır. 11 aprel 2023-cü ildə klubla müqaviləsini 2025-ci ilə qədər uzatmağa qərar vermişdir.

Milli komanda karyerası Makkissik 2017-ci ilin iyununda Azərbaycan vətəndaşlığı əldə etmiş və Azərbaycan milli basketbol komandasının üzvü olmuşdur.

Mükafat və nailiyyətlər Olimpiakos Pirey Avroliqa finalçısı: (2023) 4× Avroliqa Final Four iştirakçısı: (2022, 2023, 2024, 2025) 2× Yunanıstan Basketbol Liqası çempionu: (2022, 2023) 3× Yunanıstan Basketbol Kuboku qalibi: (2022, 2023, 2024) 3× Yunanıstan Basketbol Super Kuboku qalibi: (2022, 2023, 2024)

Fərdi 3× Türkiyə Super Liqası All-Star: (2017, 2019, 2020)

İstinadlar

Xarici keçidlər

Şakil Makkissik Euroleague.net saytında

Kateqoriya:Azərbaycan basketbolçuları Kateqoriya:ABŞ basketbolçuları Kateqoriya:Azərbaycan vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:Azərbaycanın kişi basketbolçuları Kateqoriya:ABŞ kişi basketbolçuları