Yana Doroşenko (; )Yana Doroshenko at volleybox.net. Accessed 30 March 2022. — İsrail Qadın Voleybol Liqasında "Makkabi Hadera Hefer" komandasında və Azərbaycan qadın milli voleybol komandasında oynayan Ukrayna əsilli azərbaycanlı voleybolçudur.
Həyatı və karyerası Yana Kiyev Fiziki Mədəniyyət və İdman üzrə Regional Lisey-İnternatının yetirməsidir. O, KOLIFKS komandasının heyətində 2010-cu ildə qızlar arasında keçirilən Ukrayna çempionatında gümüş medal qazanıb. 2011/2012 mövsümündə Bila Tserkva şəhərinin “Sportlitsey” komandasında çıxış edib. 2011–2012-ci illərdə Ukraynanın gənclər yığmasının şərəfini qoruyub. Avropa çempionatının seçmə mərhələsində iştirak edib. Sloveniyada ukraynalı qızlar dörd oyundan üçünü qazanaraq qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanıblar.
Yana Doroşenko Azərbaycan milli komandasının heyətində 2018 Qadınlararası Dünya Voleybol Çempionatında və 2021 Qadınlar arasında Voleybol üzrə Avropa Çempionatında yarışmışdır.
Klublar Rabitə Bakı (2013-2015) Lokomotiv Bakı (2015-2016) Telekom Baku (2016-2017) Abşeron (2017-2018) Azərreyl Bakı (2018-2019) Mübariz SK (2019-2020) Makkabi Hadera (2020-2022)
İstinadlar
Xarici keçidlər CEV profili FIVB profili Volleybox profili AZE W: Yana Əzimova - Azərbaycan milli komandasının gizli silahı Kateqoriya:Ukraynadan Azərbaycana mühacirət edənlər Kateqoriya:Rabitə Bakı VK voleybolçuları Kateqoriya:Azərbaycan vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:Lokomotiv Bakı VK voleybolçuları Kateqoriya:Azərreyl Bakı QVK voleybolçuları