Əli Əliyev (tam adı: Əli Həşim oğlu Əliyev; d. 1908, Qazax qəzası, Aşağı Salahlı kəndi - ö. 1982) — Qazax Müəllimlər Seminariyasının direktoru (1951-1953).Seyidov Fikrət. Maarifimizin təkrarsız xəzinəsi. II kitab. Bakı, 2001, s. 160-161
Həyatı Əli Həşim oğlu Əliyev (bəzi tədqiqatçılar onu Alı Alıyev kimi də təqdim edir.) 1908-ci ildə Qazaxın Aşağı Salahlı kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini Salahlı kəndində aldıqdan sonra Tovuzda kolxozçu gənclər məktəbinə daxil olmuşdur. 1982-ci ildə vəfat etmişdir. Əli Əliyev indi də xalq arasında bir pedaqoq, xalq maarifinin fədaisi və el ağsaqqalı kimi anılır.
Fəaliyyəti Kolxozçu gənclər məktəbini müvəffəqiyyətlə bitirdikdən sonra Salahlı məktəbinə müəllim təyin olunmuşdur. 1930-cu ildə Bakı Ali Pedaqoji İnstitutuna daxil olmuşdur. 1935-ci ildə institutu bitirib təyinatla Qazax pedoqoji məktəbinə müəllim göndərilmişdir. 1937-1939-cu illər arasında pedaqoji məktəbin dərs hissə müdiri vəzifəsində çalışır. O 1939-cu ilin mart ayından 1941-ci ilin iyun ayına kimi Ağstafa rayon maarif şöbəsinin müdiri işləmiş və daha sonra rayon Partiya komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri, Ağstafa rayon Partiya komitəsinin ikinci katibi vəzifəsində fəaliyyət göstərmişdir. Əli Əliyev sonrakı fəaliyyətini xalqın maarifləndirilməsinə həsr edərək 1948-ci ilin iyun ayından 1951-ci ilin sentyabrına kimi Qazax Müəllimlər İnstitutunda müəllim, 1951-ci ilin ildən isə Seminariyanın direktoru vəzifəsində işləmişdir. 1953-cü ildən Qazax rayon Maarif şöbə müdiri, 1958-ci ildən ömrünün sonuna kimi Qazax 2 saylı orta məktəbin direktoru olmuşdur.
Mükafatlar Əli Əliyev dəfələrlə rayon xalq deputatları sovetlərinə seçilmiş, o vaxt ölkənin ən yüksək ordeni olan "Lenin ordeni" ilə təltif edilmişdir.
İstinadlar