Müseyib Bağırov (tam adı: Bağırov Müseyib Bağır oğlu; 30 iyun 1915 - 17 may 1981) — Sovet İttifaqı Qəhrəmanı.
Həyatı Gəncə şəhərində dünyaya göz açmış, Bakı dənizçilik texnikumunu qurtarmış (1933) və 1941-ci ildə orduya xidmətə getmişdir. Hərbi məktəbi 1943-cü ildə bitirərək 4-cü ordu tərkibindəki 69-cu qvardiya atıcı diviziyasında bölmə komandiri olmuşdur.
Qvardiya baş leytenant M.Bağırov Paltava vilayətinin Zenkov şəhəri ətrafındakı döyüşlərdə şəxsi qəhrəmanlıq göstərmiş, düşmən səngərinə birinci girərək onlarla faşisti məhv etmiş və ağır yaralansa da döyüş meydanını tərk etmişdir. 1944-cü ilin 22 fevralında ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.Указ Президиума Верховного Совета СССР «О присвоении звания Героя Советского Союза офицерскому, сержантскому и рядовому составу Красной Армии» от 22 февраля 1944 года // Ведомости Верховного Совета Союза Советских Социалистических Республик : газета. — 1944. — 5 марта (№ 13 (273)). — С. 1 Kapitan M.Bağırov 1945-ci ilin oktyabrında hərbi xidmətdən tərxis edilərək Bakıda işləməyə başlamışdır.
İstinadlar
Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:SSRİ kapitanları Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları