Azərbaycan 2028-ci il iyulun 14-dən 30-dək ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək XXXIV Yay Olimpiya Oyunlarında iştirak edəcək. Oyunlara təsnifat mərhələsi davam edir.

Təsnifat Cüdo Beynəlxalq Cüdo Federasiyası (IJF) Los-Anceles Olimpiadasına vəsiqə verəcək ilk təsnifat reytinqini 2026-cı ilin oktyabrında açıqlayıb. Təsnifat dövrü 15 iyun 2026-cı ildən 12 iyun 2028-ci ilədək davam edir; hər cüdoçunun iki mərhələnin hər birində ən yaxşı altı nəticəsi nəzərə alınır, birinci mərhələnin xallarının 50, ikinci mərhələnin isə 100 faizi hesablanır. İlk reytinqdə Əhməd Yusifov (60 kq) 1360 xalla və Rəşid Məmmədəliyev (73 kq) 1176 xalla öz çəki dərəcələrində birinci yerdə qərarlaşıb; Balabəy Ağayev (60 kq) 716 xalla altıncı yerdədir.

Taekvondo 2024 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Qaşım Maqomedov (58 kq) 2026-cı ilin oktyabrında Parisdə keçirilən Qran-pri turnirində iştirak edib; turnir Los-Anceles Oyunlarına təsnifat üçün reytinq xalları verir.

Nəticələri İstinadlar

Kateqoriya:Azərbaycan Olimpiya Oyunlarında