Buteogallus coronatus (Çako qartalı) və ya "taclı tənha qartal" — Cənubi Amerikanın şərq və mərkəzi hissələrində yaşayan nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş yırtıcı quş növü.
Təsvir
"Buteogallus coronatus" qartalı əsasən mat və gümüşü-boz rəngli lələklərə malik böyük bir yırtıcı quşdur. Qısa qara quyruğunda geniş ağ zolaq və ağ uc var, həmçinin dimdiyi və ayaqları sarı rəngdədir. Adından da göründüyü kimi, taclı tənha qartalın başında tünd boz lələklərdən ibarət bir kəkili var. Cavan fərdlərin də kəkili var, lakin onların rəngi tünd qəhvəyidir, baş və alt bədənləri isə krem rəngli və boz zolaqlıdır. Bu qartal Neotropik regionun ən böyük yırtıcı quşlarından biridir və adətən 2,95 kq çəkiyə malikdir. Ümumi uzunluğu 73–79 sm, qanad aralığı isə 170–183 sm arasındadır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Lui Pyer Vyeyo tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:1817-ci ildə təsvir edilən quşlar