"Metafizika" ( — fizikadan sonra gələn) — Aristotelin ən məşhur əsərlər toplusu və eyniadlı fəlsəfə bölməsinə dair ilk fundamental əsər. Haqqında Kitab, müdrikliyin mövzusunu təşkil edən ilk prinsiplərin təlimlərini təsvir edən Rodoslu Andronikin müxtəlif əsərlərindən toplanmış 14 kitabdan ibarətdir. Bu 14 kitab adətən yunan əlifbasının böyük hərfləri ilə təyin olunur. İstisna kiçik alfa hərfi ilə təyin olunan 2-ci kitabdır. Aristotel varlığın dörd prinsipini və ya ali səbəblərini sadalayır: forma (varlığın mahiyyəti) (“Bu nədir?”), materiya (“Nədəndir?”), məqsəd (“Nə üçündür?”) və ilkin mühərrik (“hərəkətin başlanğıcı haradan gəlir?”). O, həmçinin imkan və reallıq arasında fərq qoyur. Metafizikanın ən son kitabları eydosların əşyalardan ayrı mövcud olan varlıqlar kimi tənqidinə həsr edilmişdir.

Həmçinin bax Aristotel Metafizika (jurnal)

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə kitablar Kateqoriya:Fəlsəfə kitabları Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi