Raqdol — Xarakterik rəngi, nöqtəli xəzi və mavi gözləri olan bir pişik irqi.

Tarix Bu irq Kaliforniyanın Riverside şəhərində yetişdirici Enn Beker tərəfindən inkişaf etdirilmişdir. 1963-cü ildə adi, nəsli məlum olmayan ağ rəngli uzun tüklü ev pişiyi "Jozefin" bir neçə bala doğdu. "Jozefin" heç bir xüsusi irqə aid deyildi və ilk balalıqların ataları da məlum irqlərə aid deyildi. Enn Beker özü "Raqdol" irqinin ilk pişiklərinin "küçə pişikləri" olduğunu söyləmişdir. "Jozefin" daha sonra sakit təbiətli, sevgi dolu və qucağa götürüldükdə rahat və sakit olmağa meylli balalar doğdu.

Bu ilk balalardan qara rəngli Bleki və ağ ayaqlı "seal point" rəngli Deddi Vorbaks ortaya çıxdı. Deddi Vorbaks əsas ikirəngli dişi Fugiannanın, Bleki isə tünd qəhvəyi-qara rəngli Burma tipli Bakvitin atası oldu. Həm Fugianna, həm də Bakvit Jozefinin qızları idi. Bütün Raqdollar Bekerin pişiklərindən, Deddi Vorbaksın, Fugianna və Bakvit ilə cütləşməsindən törəmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Pişik cinsləri