Lanqe modeli () — Oskar Lanqe tərəfindən təklif edilmiş və bazar sosializminin nəzəri əsaslarını formalaşdıran iqtisadi model. Bu modeldə əsas məqsəd planlı iqtisadiyyatla bazar mexanizmlərini sintez edərək, həm səmərəlilik, həm də ədalətli resurs bölgüsünə nail olmaqdır.
Lanqe modeli sonradan Yuqoslaviya iqtisadi modeli və bəzi Şərqi Avropa ölkələrində tətbiq edilən bazar sosializmi formalarına nəzəri əsas yaratmışdır. Model həm də müasir dövrdə hibrid iqtisadi modellərin formalaşdırılmasında rol oynamışdır. Bəzi iqtisadçılar Lanqe modelini neoklassik iqtisadiyyatla sosialist iqtisadiyyat arasında körpü kimi qiymətləndirirlər.
Tarixi Lanqe modeli ilk dəfə 1930-cu illərdə sosializmin iqtisadi hesablaması mübahisəsi (Economic Calculation Debate) çərçivəsində irəli sürülmüşdür. Bu mübahisə Lüdviq fon Mizes və Fridrix fon Hayek kimi sərbəst bazar tərəfdarları ilə sosialist nəzəriyyəçilər arasında gedirdi. Mizes və Hayek planlı iqtisadiyyatın resurs bölgüsünü səmərəli şəkildə həyata keçirə bilməyəcəyini iddia edirdilər. Lange isə bu arqumentlərə cavab olaraq öz modelini irəli sürdü.
Əsas prinsipləri alt=|thumb|367x367px|Modelin hipotetik olaraq necə işləyəcəyini göstərən diaqram. Lanqe modeli — bazar mexanizmlərinin və mərkəzi planlaşdırmanın inteqrasiyasına əsaslanan hibrid bir iqtisadi sistem nəzəriyyəsidir. Bu modelin mərkəzində həm iqtisadi səmərəliliyin təmin edilməsi, həm də resursların ədalətli bölüşdürülməsi dayanır. Lange modelində aşağıdakı əsas komponentlər nəzərdə tutulur.Wolf, Thomas. "The Lessons of Limited Market-Oriented Reform" (1991), The Journal of Economic Perspectives, Vol. 5, No. 4 (Autumn, 1991), pp. 45–58
İstehsal vasitələri, yəni fabriklər, zavodlar, torpaq və digər əsas iqtisadi resurslar dövlətin və ya ümumi cəmiyyətin mülkiyyətində olur. Bu, fərdi mənfəət məqsədilə deyil, ümumi ictimai rifah naminə istehsalın təşkilini təmin edir. Beləliklə, mənfəətin şəxsi sahibkarlar arasında deyil, bütövlükdə cəmiyyət arasında bölüşdürülməsi mümkün olur. Lange modelində malların və xidmətlərin qiymətləri birbaşa olaraq mərkəzi planlaşdırma agentliyi (MPA) tərəfindən müəyyən edilir. Lakin bu qiymətlər əvvəlcədən sabit şəkildə yox, bazar siqnallarına cavab olaraq dinamik şəkildə tənzimlənir. MPA-nın əsas vəzifəsi iqtisadiyyatın müxtəlif sahələrindən məlumat toplayaraq, resursların səmərəli bölüşdürülməsinə xidmət edən optimal qiymətlər sistemini yaratmaqdır.On the Economic Theory of Socialism, by Lange, Oskar. 1936. The Review of Economic Studies, Vol. 4, No. 1: "It seems, therefore, convenient to regard the income of consumers as being composed of two parts: one part being the receipts for the labour services performed and the other part being a social dividend constituting the individual's share in the income derived from the capital and the natural resources owned by society."
"Sına və səhv et" metodu ilə qiymət tənzimlənməsi Mərkəzi planlaşdırma agentliyi qiymətləri müəyyən edərkən "sına və səhv et" () üsulundan istifadə edir. Üsulun tətbiqi:Milton Friedman, 'Lange on Price Flexibility and Employment', Essays in Positive Economics.
Əgər müəyyən bir malın təklifi onun tələbini üstələyirsə, bu, həmin malın çox istehsal olunduğunu və qiymətinin yüksək olduğunu göstərir – nəticədə MPA qiyməti endirir. Əksinə, əgər tələbat təklifdən çoxdursa, bu, malın çatışmazlığını və qiymətinin aşağı olduğunu göstərir – bu zaman qiymət artırılır.
Bu proses davamlı olaraq təkrarlanır və nəhayət tarazlıq qiymətləri formalaşır. Bu mexanizm klassik bazar mexanizmini xatırlatsa da, idarəetmə və istiqamətləndirmə funksiyası dövlət agentliyinə məxsusdur.
Marjinal dəyər prinsipinə əsaslanan istehsal Firmalar mənfəət əldə etmək məqsədilə deyil, iqtisadi səmərəlilik prinsiplərinə uyğun olaraq fəaliyyət göstərirlər. Lange modelinə görə hər bir firma məhsul istehsalını o nöqtəyədək artırmalıdır ki, istehsalın marjinal (son) dəyəri həmin məhsulun qiymətinə bərabər olsun (MC = P). Bu prinsip bazar sistemindəki optimal istehsal səviyyəsini əks etdirir və resursların israf olunmadan bölüşdürülməsinə yardım edir. Əhali malları sərbəst şəkildə seçmək imkanına malikdir. İnsanların hansı mallara daha çox tələbat göstərməsi barədə məlumat, MPA üçün istehsalın hansı sahələrə yönləndirilməli olduğunu müəyyənləşdirməkdə əsas siqnal rolunu oynayır. Beləliklə, istehlakçı seçimi bazar vasitəsilə ifadə olunur və bu seçim istehsalın tələbatla uyğunlaşdırılmasına yardım edir.
İstinadlar
Ədəbiyyat
Kowalik, Tadeusz (1987). "Lange-Lerner mechanism," The New Palgrave: A Dictionary of Economics, v. 3, pp. 129–30. Roemer, John (1994). A Future for Socialism, Verso Press.
Lange, O 1937. On the Economic Theory of Socialism II The Review of Economic Studies Vol. N 123–142 Lange, O 1938 On the Economic Theory of Socialism B Lippincott ed. University of Minnesota Press Lange, O 1940 Letter to FA Hayek, translated by Thadeusz Kowalik Lange, O 1942 Economics of Socialism Journal of Political Economy 50(2):299–303 Lange, O 1957a Political Economy of Socialism, reprinted in Kowalik 1994 Lange, O 1957b. Role of Planning in a socialist economy, reprinted in Kowalik 1994 Lange, O 1967. The Computer and the Market in Socialism, Capitalism, and Economic Growth. Feinstein Ed. Reprinted in Economic Theory and Market Socialism T Kowalik, ed. Edward Elgar pub.
Lerner, A. 1944 The Economics of Control
MacKenzie, DW, 2006 Oscar Lange and the Impossibility of Economic Calculation, Studia Economicze MacKenzie, DW Social Dividends, Entrepreneurial Discretion, and Bureaucratic Rules MacKenzie, DW Capital and Income in Democratic Socialism MacKenzie, DW Trial and Error in the Socialist Calculation Debate
Əlavə ədəbiyyat Post-Lange Market Socialism: An Evaluation of Profit-Oriented Proposals by James A. Yunker Revisiting the Socialist Calculation Debate: The role of markets and finance in Hayek's response to Lange's challenge, by Paul Auerbach and Dimitris Sotiropoulos Oskar Lange and the Impossibility of Economic Calculation by D. W. MacKenzie Capital and Income in Democratic Socialism by D. W. MacKenzie Trial and Error in the Socialist Calculation Debate by D. W. MacKenzie
Kateqoriya:İqtisadi nəzəriyyələr Kateqoriya:Sosializm Kateqoriya:Alternativ iqtisadi modellər Kateqoriya:Bazar sosializmi Kateqoriya:Neoklassik iqtisadiyyat