Futbolun Sikstin kapellası və ya Futbolun yaradılışı — Argentinanın Buenos-Ayres şəhərindəki Barrakas bölgəsindən olan Sportivo Pereyra klubunda sərgilənən sənət əsəri. O, Lionel Messi, Dieqo Maradona, Xuan Roman Rikelme, Qabriel Batistuta, Mario Kempes, Serxio Aqüero, Klaudio Kanicia, Rikardo Boçini və Ariel Orteqa kimi digər görkəmli futbolçuları təsvir edir.

Mikelancelonun Romadakı Sikstin kapellasının tavanında tapılan "Adəmin yaradılışı" adlı klassik freskasından ilhamlanaraq, 2014-cü ildə argentinalı qrafik dizayner və rəssamı Santiaqo Barbeito (Santuke) tərəfindən yaradılmışdır. Əsər 2018-ci ilin ortalarında lentə alınan video sosial mediada yayıldıqdan sonra populyarlıq qazanıb.

Tarixi 2014-cü ildə klub rəhbərliyi əsas qapalı meydançanın tavanını rəngləməyə qərar verib. Başda irəli sürülən ilk idea buludlu bir səma təsviri yaratmaq idi, lakin sonra Messi, Maradona və Argentina futbolunun digər tarixi nümayəndələrini əhatə edən yeni bir idea irəli sürüldü. Bu barədə yerli mətbuata klubun baş məşqçisi Rikardo Elsequd bildirib ki, "Bizim üçün bu, müqəddəs bir futbol məbədidir və bunu Sikstin kapellasındakı kimi tavanla ifadə etməyin daha yaxşı yolu nədir?".

Xarasteristikası

Əsərdə Lionel Messi Adəmi, Dieqo Maradona isə Tanrı rolunu oynayır. Xuan Roman Rikelme, Qabriel Batistuta, Mario Kempes, Serxio Aqüero, Klaudio Kanicia, Rikardo Boçini və Ariel Orteqa isə əsəri tamamlayan xeruvimlər rolunu oynayır. Sənət əsərinin müəllifi Santiaqo Barbeito əsəri "Sanki Maradona Messiyə yaxşı futbol mirasını ötürür" kimi izah edib.

Əsər təqribən 500 m²-ə çatan səkkiz uzanmış kətan üzərində çap edilmiş rəqəmsal fotomontajdır.

İanə hesabına istehsal edilmişdir və dəyəri təxminən 20.000 ABŞ dolları dəyərində qiymətləndirilir. İstinadlar

Xarici keçidlər SRF (Swiss Radio and Television) — Video with interviews with the authors of the work (in German) Qabriel Batistutanın əsər haqqındakı tviti Kateqoriya:Argentinada futbol Kateqoriya:Argentina incəsənəti