Fürdov uran zənginləşdirmə müəssisəsi, rəsmi adı — Şəhid Əli Məhəmmədi adına nüvə müəssisəsi (), — İranın Qum şəhərindən 30 kilometr şimalda yerləşən yeraltı uran zənginləşdirmə müəssisəsidir. Obyekt keçmiş İslam İnqilabı Keşikçiləri Korpusunun bazası üzərində qurulub və İran Atom Enerjisi Təşkilatının nəzarəti altındadır.Iran ready to co-operate on nuclear programme, says Ahmadinejad . The Guardian. 29 October 2009. Bu, İranda ikinci uran zənginləşdirmə müəssisəsidir (digəri Nətənz Nüvə müəssisəsidir).

2025-ci ilin 13 iyununda obyekt İsrail Hava Qüvvələri tərəfindən bombalanmış, 21 iyunda isə ABŞ ordusu tərəfindən hədəflənmışdir. ABŞ prezidenti Donald Tramp obyektin "tamamilə məhv edildiyini" iddia edib.

Tarixçə Fürdov müəssisənin tikintisinə 2006-cı ildə başlanılsa da mövcudluğu Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) yalnız 21 sentyabr 2009-cu ildə, obyektin qərb kəşfiyyat xidmətləri tərəfindən aşkar edilməsindən sonra İran tərəfindən bildirilmişdir.GOV/2009/74 Implementation of the NPT Safeguards Agreement and relevant provisions of Security Council resolutions 1737 (2006), 1747 (2007), 1803 (2008) and 1835 (2008) in the Islamic Republic of Iran Qərb rəsmiləri İranı bu obyekt barədə vaxtında məlumat vermədiyinə görə sərt tənqid etmişdir. ABŞ prezidenti Barak Obama isə Fürdovun ABŞ tərəfindən izlənildiyini söyləmişdir. İran rəsmilərinin sözlərinə görə, gec açıqlama İranin BAEA ilə bağladığı Təhlükəsizlik Müqaviləsinə zidd deyil, çünki həmin müqaviləyə əsasən İran bu tipli müəssisələrin qurulduğunu nüvə materialının əldə edilməyinə ən uzağı 180 gün qalmış bəyan etməlidir. BAEA isə İranın 2003-cü ildə bağladığı razılaşmaya əsasən, obyektin tikintisinə qərar verdiyi ərəfədə bunu bəyan etməli olduğunu bildirmişdir.

İran rəsmiləri müəssisənin dağın dərinliyində inşa edilməsini İsrailin bu cür obyektlərə təkrar-təkrar hücum etmək hədələrinə bağlayır. İsrail isə, öz növbəsində, bu obyektlərin nüvə silahı istehsalında istifadə oluna biləcəyinə inanır.

2013-cü ilin noyabrında yüzlərlə iranlı, əsasən Şərif Texnologiya Universitetinin tələbələri, İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi və bir neçə məclis nümayəndəsi ilə birlikdə Fürdov Uran zənginləşdirmə müəssisəsinin ətrafında insan zənciri yaradaraq İran nüvə proqramına dəstək nümayişi keçirmişlər.

2016-cı ildə İran obyektə S-300 zenit raket sistemləri yerləşdirib.

2025-ci il hava hücumları thumb|2025 13 iyun 2025-ci ildə İsrail Hava Qüvvələri Fürdov obyektinə hava hücumu həyata keçirmişdir. İranın dövlət mətbuatına görə, bu hücumda obyektin yerüstü hissələrinə zərər dəymişdir, lakin yeraltı zənginləşdirmə qurğularına ciddi zərər dəyməmişdir.Karen DeYoung, Nilo Tabrizy, Evan Hill & Warren P. Strobel, Iran's nuclear facilities damaged but not destroyed, experts say, Washington Post (June 13, 2025). 21 iyun 2025-ci ildə ABŞ Hərbi Hava Qüvvələri də Fürdov obyektinə hücum etmiş və Prezident Donald Trump, obyektin tamamilə məhv edildiyini iddia etmişdir. İran hökuməti isə müəssisənin əvvəlcədən təxliyə edildiyini və böyük bir partlayışın baş vermədiyini bildirmişdir.

İstinadlar

Kateqoriya:İran tikililəri Kateqoriya:Uran (kimyəvi element) Kateqoriya:İran tarixi Kateqoriya:2006-cı ildə tamamlanmış binalar və tikililər Kateqoriya:İran atom elektrik stansiyaları Kateqoriya:Qum ostanı Kateqoriya:Yeraltı tikililər