Günel Anarqızı — Azərbaycan yazıçısı, publisisti və jurnalisti, türkoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişdir. BDU-nun şərqşünaslıq fakültəsində ali təhsil almışdır. Günel Anarqızı "Pəncərə", "Ölkəm", "Azercell" jurnallarının baş redaktoru olmuşdur.

2018-ci ildə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə Azərbaycanın Polşa səfirliyinin medalına layiq görülmüşdür.

2018-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Bakı Kitab Mərkəzinin direktorudur.

Ailəsi 2 qızı var (Sezen Məmmədli, Dəniz Məmmədli).

Yazıçı Anarın qızıdır. Akademik Zemfira Səfərovanın qızıdır. Şair Rəsul Rza və şairə Nigar Rəfibəylinin nəvəsidir.

Kitabları Altıncı. Bakı: Yurd, 2006, 192 səh. Arzu. Bakı: Mütərcim, 2009, 52 səh. Нет, то есть да. Qarabağ hekayələri. Seçilənlər. 2016-cı il. Sərhədsiz səma. 2024

İstinadlar

Xarici keçidlər Günel Anarqızı: Həyatda mənə ən çox təsir edən şey məhz ədəbiyyat olub Гюнель Анаргызы: "Появилась тенденция — ориентироваться на то, что модно в Азербайджане" — ИНТЕРВЬЮ Проза состояний Гюнель Анаргызы Гюнель Анаргызы: "Успех – это когда человек находится в гармонии с собой" — ФОТО

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycan qadın jurnalistləri Kateqoriya:Azərbaycan türkoloqları Kateqoriya:Azərbaycanlı türkoloqlar Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri