Rəqəmsal antropologiya () — insanların və rəqəmsal texnologiyaların qarşılıqlı əlaqəsini və daha geniş şəkildə rəqəmsal texnologiyaların antropoloji aspektlərini öyrənən sosial və mədəni antropologiya sahəsidir. Termin bəzən rəqəmsal texnologiyalardan alət kimi istifadə edən sosial antropologiya sahəsindəki tədqiqatları ifadə etmək üçün də istifadə olunur. Bu termin həmçinin rəqəmsal humanitar elmlər ifadəsi () ilə də oxşardır. Oxşar terminlərə texno-antropologiya,«Techno-Anthropology course guide». Aalborg University. Retrieved 14 March 2013. rəqəmsal etnoqrafiya, kiberantropologiyaKnorr, Alexander (August 2011). «Cyberanthropology». Peter Hammer Verlag Gmbh.ISBN 978-3779503590. Retrieved March 14, 2013. və virtual antropologiyaWeber, Gerhard & Bookstein, Fred (2011). Virtual Anthropology: A guide to a new interdisciplinary field. Springer. ISBN 978-3211486474. daxildir.

Əsas tədqiqat sahələri

İnsanları və texnologiyanı əhatə edən sosial-texniki sistemlərin tədqiq edilməsi. Müəyyən texnologiyaların yayılması ilə əlaqədar olaraq insan və insanın imkanlarının sərhədləri haqqında olan fikirlərin dəqiqləşdirilməsi. Texnologiya istiqamətli və ya texnologiyaya əsaslanan inkişaf etməkdə olan icmaların tədqiq edilməsi. İnsanların rəqəmsal cihazlardan istifadəsini daha yaxşı başa düşmək və optimallaşdırmaq üçün antropoloji metodların tətbiq edilməsi. Antropoloqlar tərəfindən həyata keçirilən tədris və tədqiqatlar zamanı texnologiyadan bir vasitə kimi istifadə edilməsi. Rəqəmsal texnologiyalardan istifadə edilməsi təcrübələrinin öyrənilməsi və onların mədəni kontekstlərinin müqayisə edilməsi. Rəqəmsal texnologiyaların kontekstuallaşdırılması: onların yaradıldıqları və daxil edildikləri sosial və mədəni çərçivələrin müəyyən edilməsi. Rəqəmsal texnologiyaların maddi mədəniyyət forması kimi tədqiq edilməsi.

Kibernetik sistemlərin antropologiyası

Bəzi alimlər tərəfindən həyata keçirilmiş tədqiqatların əsas istiqaməti insanlar və texnologiya arasındakı mədəni yönümlü əlaqələrdir. Bu əlaqələrə texnologiyanı insanlar və digər bioloji orqanizmlər (kiborqlar), insan cəmiyyəti və mədəni mühitlə bağlamaq cəhdləri daxildir.Carvalko, Joseph (2012). The Techno-human Shell-A Jump in the Evolutionary Gap. Sunbury Press. ISBN 978-1620061657.

Kiberfəza və virtual aləmlər

Kiberfəza antropoloqlar üçün istənilən interaktiv məkanda yaranan sosial-mədəni hadisələri müşahidə etmək, təhlil etmək və şərh etmək üçün sahə rolunu oynaya bilər. Bir sıra antropoloqlar virtual aləmlərin etnoqrafik tədqiqatlarını həyata keçirmişdirlər. Buna nümunə olaraq Bonni Nardinin World of Warcraft adlı tədqiqatınıNardi, Bonnie (2010). My Life as a Night Elf Priest: An Anthropological Account of World of Warcraft. University of Michigan Press. ISBN 978-0472050987. və ya Tom Boelstorffun Second Life adlı tədqiqatını göstərmək mümkündür.Boellstorff, Tom (2010). Coming of Age in Second Life: An Anthropologist Explores the Virtually Human. Princeton University Press. ISBN 978-0691146270.

Universitet kursları

Bir çox universitet rəqəmsal antropologiyaya ümumi girişi təmin edən kurslar (dərslər) təklif edir. Bir neçə universitetdə isə rəqəmsal antropologiya (müxtəlif adlar altında olsa da) üzrə ixtisaslaşdırılmış kurslar təklif edilir. Bunlara London Universitet Kolleci, Kanzas Dövlət Universiteti, Binqhamton Universiteti, Aalborq Universiteti, Boulderdəki Kolorado Universiteti, Sankt-Peterburqdakı Avropa Universiteti daxildir.

Metodologiya

Rəqəmsal antropologiyada klassik antropoloji metodlarla yanaşı yeni metodlardan da istifadə olunur:

Etnoqrafik müşahidə (virtual sahə işi)

Rəqəmsal müsahibələr və sorğular

Məlumatların təhlili ()

Vizual analiz (mem, şəkil, video və avatarların təhlili)

Sosial medianı izləmə alətlərinin köməyi ilə analiz

Əhəmiyyəti

Yeni texnologiyalar insan davranışına və mədəniyyətə təsir etdikcə, bu dəyişiklikləri başa düşmək üçün antropoloji yanaşma vacib olur.

Hökumətlər, texnoloji şirkətlər və vətəndaş cəmiyyətləri rəqəmsal texnologiyanın sosial təsirlərini anlamaqda bu sahənin tədqiqatlarından faydalana bilirlər.

Mədəni müxtəlifliyin rəqəmsal platformalarda necə ifadə olunduğu və bəzən də necə təhrif edildiyi öyrənilir.

Həmçinin bax

İnformasiya bərabərsizliyi Netokratiya Elektron hökumət

İstinadlar

Ədəbiyyat siyahısı Bernal, Victoria. 2014. Nation as Network: Diaspora, Cyberspace, and Citizenship. University of Chicago Press, Budka, Philipp and Manfred Kremser. 2004. "CyberAnthropology—Anthropology of CyberCulture", in Contemporary issues in socio-cultural anthropology: Perspectives and research activities from Austria edited by S. Khittel, B. Plankensteiner and M. Six-Hohenbalken, pp. 213–226. Vienna: Loecker. Escobar, Arturo. 1994. "Welcome to Cyberia: notes on the anthropology of cyberculture." Current Anthropology 35(3): 211–231. Fabian, Johannes. 2002. Virtual archives and ethnographic writing: "Commentary" as a new genre? Current Anthropology 43(5): 775–786. Gershon, Ilana. 2010. The Break-up 2.0: Disconnecting over new media. Cornell University Press Ginsburg, Faye. 2008. Rethinking the Digital Age. In The Media and Social Theory. Edited by Desmond Hesmondhalgh and Jason Toynbee. New York: Routledge Hine, Christine. 2000. Virtual ethnography. London, Thousand Oaks, New Delhi: Sage. Horst, Heather and Daniel Miller. 2012. Digital Anthropology. London and New York: Berg Jarzombek, Mark (2016). Digital Stockholm Syndrome in the Post-Ontological Age. Minneapolis: University of Minnesota Press. Kremser, Manfred. 1999. CyberAnthropology und die neuen Räume des Wissens. Mitteilungen der Anthropologischen Gesellschaft in Wien 129: 275–290. Ito, Mizuko, Sonja Baumer, Matteo Bittanti, danah boyd, Rachel Cody, Rebecca Herr-Stephenson, Heather A. Horst, Patricia G. Lange, Dilan Mahendran, Katynka Z. Martinez, C.J. Pascoe, Dan Perkel, Laura Robinson, Christo Sims and Lisa Tripp. (2010) Hanging Out, Messing Around, and Geeking Out: Kids Living and Learning with New Media. Cambridge: MIT Press. Paccagnella, Luciano. 1997. Getting the seats of your pants dirty: Strategies for ethnographic research on virtual communities . Journal of Computer-Mediated Communication 3(1). Sugita, Shigeharu. 1987. "Computers in ethnological studies: As a tool and an object," in Toward a computer ethnology: Proceedings of the 8th International Symposium at the Japan National Museum of Ethnology edited by Joseph Raben, Shigeharu Sugita, and Masatoshi Kubo, pp. 9–40. Osaka: National Museum of Ethnology. (Senri Ethnological Studies 20) Wilf, Eitan Y. 2023. The Inspiration Machine: Computational creativity in poetry and jazz. University of Chicago Press. Wittel, Andreas. 2000. Ethnography on the move: From field to net to Internet. Forum Qualitative Sozialforschung / Forum: Qualitative Social Research 1(1). Zhou, Yongming. 2006. Historicizing Online Politics: Telegraphy, the internet, and political participation in China. Stanford University Press. Zucker, Eve M. and David J. Simon. 2020. Mass Violence and Memory in the Digital Age: memorialization unmoored. Palgrave-MacMillan.

Əlavə ədəbiyyat siyahısı Budka, Philipp and Manfred Kremser. 2004. «CyberAnthropology—Anthropology of CyberCulture», in Contemporary issues in socio-cultural anthropology: Perspectives and research activities from Austria edited by S. Khittel, B. Plankensteiner and M. Six-Hohenbalken, pp. 213–226. Vienna: Loecker. Escobar, Arturo. 1994. «Welcome to Cyberia: notes on the anthropology of cyberculture.» Current Anthropology 35(3): 211—231. Fabian, Johannes. 2002. Virtual archives and ethnographic writing: «Commentary» as a new genre? Current Anthropology 43(5): 775—786. Gershon, Ilana. 2010. The Break-up 2.0: Disconnecting over new media. Cornell University Press Ginsburg, Faye. 2008. Rethinking the Digital Age. In The Media and Social Theory. Edited by Desmond Hesmondhalgh and Jason Toynbee. New York: Routledge Hine, Christine. 2000. Virtual ethnography. London, Thousand Oaks, New Delhi: Sage. Horst, Heather and Daniel Miller. 2012. Digital Anthropology. London and New York: Berg Kremser, Manfred. 1999. CyberAnthropology und die neuen Räume des Wissens. Mitteilungen der Anthropologischen Gesellschaft in Wien 129: 275—290. Ito, Mizuko, Sonja Baumer, Matteo Bittanti, danah boyd, Rachel Cody, Rebecca Herr-Stephenson, Heather A. Horst, Patricia G. Lange, Dilan Mahendran, Katynka Z. Martinez, C.J. Pascoe, Dan Perkel, Laura Robinson, Christo Sims and Lisa Tripp. (2010) Hanging Out, Messing Around, and Geeking Out: Kids Living and Learning with New Media. Cambridge: MIT Press. Paccagnella, Luciano. 1997. Getting the seats of your pants dirty: Strategies for ethnographic research on virtual communities. Journal of Computer Mediated Communication 3(1). Sugita, Shigeharu. 1987. "Computers in ethnological studies: As a tool and an object, " in Toward a computer ethnology: Proceedings of the 8th International Symposium at the Japan National Museum of Ethnology edited by Joseph Raben, Shigeharu Sugita, and Masatoshi Kubo, pp. 9–40. Osaka: National Museum of Ethnology. (Senri Ethnological Studies 20) Wittel, Andreas. 2000. Ethnography on the move: From field to net to Internet. Forum Qualitative Sozialforschung / Forum: Qualitative Social Research 1(1).

Kiberantropologiya Sherry Turkle, The Second Self: Computers and the Human Spirit, 1984 Arturo Escobar, «Welcome to Cyberia: Notes on the Anthropology of Cyberculture», 1994 Sherry Turkle, Life on the Screen: Identity in the Age of the Internet, 1995 Stefan Helmreich, Silicon Second Nature: Culturing Artificial Life in a Digital World, 1998 Tom Boellstorff, Coming of Age in Second Life: An Anthropologist Explores the Virtually Human, 2008 Daniel Miller, Tales from Facebook, 2011 Alexander Knorr, Cyberanthropology (in German), 2011 Neil L. Whitehead and Michael Wesch (editors) Human No More: Digital Subjectivities, Unhuman Subjects, and the End of Anthropology, 2012

Xarici keçidlər

Computer Mediated Anthropology Cyber Studies WebRing Centre for Digital Anthropology (University College London) Digital Ethnography Research Centre (RMIT University, Melbourne) Intel Science & Technology Centre (University of California, Irvine) Круглый стол «Человек мобильный и управление городской повседневностью: цифровая антропология городского транспорта» А. А. Калмыков. АНТРОПОЛОГИЯ ЦИФРОВОЙ ЦИВИЛИЗАЦИИ.

Kateqoriya:Mədəni antropologiya Kateqoriya:Kiberboşluq Kateqoriya:Rəqəmsal media Kateqoriya:Humanitar elmlərdə rəqəmsal metodlar