VIII Lüdovik (; ) — Fransa kralı.

Hələ vəliəhdlik dövründə 21 may 1216-cı ildə İngiltərəni işğal etdi və bu səbəblə 1 həftə sonra Roma-Katolik kilsəsi tərəfindən aforoz edildi. 2 iyunda Londondakı üsyankar baronlar tərəfindən kral elan edilsə də, onun səltənəti tanınmadı. İngilis və şotland müttəfiqlərinin yardımıyla bölgənin üçdə bir hissəsini idarəsi altına aldı. Ancaq Vinçesterli Henri tərəfindən məğlub edildi və bağlanan sülh əsasında bölgədən çəkildi.

1219-1223-cü illərdə Albi müharibələrinə qatıldı və səlib yürüşlərində iştirak etdi. 1223-cü ildə atasının vəfatıyla taxta çıxdı. Taxta çıxmasının ardından yenidən səlib yürüşlərinə qatılan VIII Lüdovik 1226-cı ildə səfərdən döndü və yoluxduğu dizenteriya infeksiyası səbəbilə vəfat etdi.

Mənbə

Ədəbiyyat

İstinadlar

Kateqoriya:İngiltərə kralları Kateqoriya:Fransa kralları Kateqoriya:XIII əsr Fransa kralları