Edvin Lacens Lutyens (29 mart 1869, London-1 yanvar 1944, London)— ingilis memarı. Lutyens bir çox ingilis bağ evlərinin, müharibə abidələrinin və ictimai binaların layihələndirməsini həyata keçirmişdir.

Həyatı Edvin Lutyens 29 mart 1869-cu ildə Londonun Kensinqton şəhərində anadan olmuşdur. Lutyens 1885–1887-ci illərdə Cənubi Kensinqton İncəsənət Məktəbində Londonda memarlıq təhsili almışdır. 1938-ci ildən London Rəssamlıq Akademiyasının prezidenti olmuşdur.

İstinadlar

Kateqoriya:Londonda vəfat edənlər Kateqoriya:Britaniya memarları