Kanni — Hindistanın Tamilnad əyalətində rast gəlinən nadir yerli tazı növü. Kanni iti əsasən ov üçün istifadə olunur. Əvvəllər Kanni itləri yalnız Tamilnadın cənub bölgələrində, xüsusilə Tirunelveli və Tutikorin rayonlarının şimalında və Virudunaqar rayonunun cənubunda mövcud idi.

Xüsusiyyətləri Kannilər orta ölçülü, düz kürək xəttinə və dartılmış qarın quruluşuna malik itlərdir. Hündürlükləri 64–74 sm, çəkiləri isə 16–22 kq arasında dəyişir. Onların başları düz, çənələri güclü, gözləri qızılı rəngdə və burunları qaradır. Qulaqları orta ölçülü və düz olub, dik, sallanan və ya yarı sallanan formada ola bilər. Quyruqları yarı əyilmiş vəziyyətdə olur. Kannilərin ömrü təxminən 14-16 ildir. Kanni itləri adətən utancaq olur, lakin təhlükə zamanı evlərini və sahiblərini qorumaqdan çəkinmirlər. Onlar son dərəcə sadiq və asan öyrədilə bilən itlərdir, ov zamanı müstəqil qərar qəbul etmə qabiliyyətinə malikdirlər.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İt cinsləri