Yavuz İbrahimxəlil oğlu Axundlu () — ədəbiyyatşünas, filologiya elmləri doktoru (1983), professor (1983). Azərbaycan SSR əməkdar müəllimi (1966).

Həyatı Naxçıvan Müəllimlər İnstitutunun tarix-filolgiya (1947) və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini (1952) bitirmişdir. Naxçıvan şəhər orta məktəblərində müəllim, dərs hissə mediri, direktor işləmişdir (1952–1967). 1962-ci ildən Naxçıvan Dövlət Universitetində (ilk vaxtlar Azərbaycan Dövlət Pedoqoji İnstitutunun filialı, sonralar Naxçıvan Pedoqoji İnstitutu) çalışır. Filial direktorunun müavini (1967–1969), tədris və elmi işlər üzrə prorektor (1974–1979), tarix-filologiya fakültəsinin dekanı (1986–1988) olmuşdur. 1970-ci ildən ədəbiyyat kafedrasının müdiri işləmişdir. Azərbaycan ədəbiyyatında tarixi roman janrının inkişafına, nəzəri-estetik prinsiplərinə dair tədqiqatların müəllifidir. 1997-ci ildə Ankarada Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə həsr edilmiş "İstiqlalın əzablı yolu" kitabı türk dilində çap olunmuşdur. Türkiyədə, Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq elmi konfranslarda məruzələr etmişdir.

2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.https://azertag.az/xeber/azerbaycan_respublikasi_prezidentinin_ferdi_teqaudlerinin_verilmesi_haqqinda_azerbaycan_respublikasi_prezidentinin_serencami-390592

15 avqust 2017-ci ildə vəfat etmişdir.

Əsərləri Tarixi roman və müasirlik. Azərbaycan SSR "Bilik" Cəmiyyəti. Bakı: Elm, 1975; Azərbaycan sovet tarixi romanı. Bakı: Yazıçı, 1979; Tarix və roman. Bakı: Yazıçı, 1988; Ədəbiyyat nəzəriyyəsi kursunda sentimentalizm ədəbi cərəyanının öyrədilməsi (metodik göstəriş). Bakı, 1990 (Hüseyn Həşimli ilə birgə); Məmməd Səid Ordubadi: həyatı, mühiti və yaradıcılığı. Bakı: Sabah, 1997; Naxçıvan-yurdum mənim (məqalələr toplusu). Bakı: Sabah, 1997; İstiklalin Azaplı Yolu. Ankara: Ankara Üniversitesi Yayınevi, 1997; İstiqlal şairləri. Bakı: Elm, 1998;http://web2.anl.az:81/read/page.php?bibid=vtls000005338 Tarixi roman yeni mərhələdə. Bakı: Maarif, 1998; Mənim əbədi dünyam (ədəbi-tənqidi məqalələr). Bakı: Maarif, 1998; Ədəbi yaddaşdan səhifələr (məqalələr). Bakı: Adiloğlu, 2002; Ədəbi mühit və sənətkar (məqalələr). Bakı: Adiloğlu, 2002; Ürəyimdən keçənlər (publisistik düşüncələr). Bakı: Adiloğlu, 2002; Əlimdədir hələ qələm… (məqalələr). Bakı: Adiloğlu, 2003; Ədəbi portretlər. Bakı: Adiloğlu, 2004; Müəllimlərim və müəllim dostlarım. Bakı: Adiloğlu, 2004; Azərbaycan tarixi romanı: mərhələlər, problemlər: 1930–2000. Bakı: Adiloğlu, 2005; Ədəbi portretlər. Bakı: ADPU, 2008;http://web2.anl.az:81/read/page.php?bibid=80805&pno=1 Ədəbi portretlər. Bakı: Elm, 2009; Elmin və təhsilin işığında. Bakı: Elm və təhsil, 2010; Karabağ — İmdat Çığlığı (Karabağ Harayı). İstanbul: Kültür Ajans Yayınevi, 2010; Məmməd Səid Ordubadi: həyatı, mühiti və yaradıcılığı. Bakı: Elm və təhsil, 2012; Ədəbi estafet. Bakı: Adiloğlu, 2013; İstiqlalın əzablı yolu. Bakı: Adiloğlu, 2013; Xatirələr işığında: ömür keçdi, gün keçdi… Bakı: Adiloğlu, 2014.

Mənbə Yavuz Axundlu

İstinadlar

Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Azərbaycanlı uzunömürlülər