Atatürk Müəllim Akademiyası () — Şimali Kipr Türk Respublikasında yerləşən və müəllim hazırlayan dövlət qurumu.
Tarixi thumb|Atatürk Müəllim Akademiyası 1937–1938 tədris ilində Güzelyurtda açılmış və həm türk, həm də rum kişi müəllimlər yetişdirmişdir. 1940-cı illərdə qadın müəllimlərin yetişdirilməsinə də başlanmış, türk və rum qadınlar üçün ayrıca mərkəzlər yaradılmışdır. Şimali Kipr Türk Respublikası qurulduqdan sonra türk müəllimlərin hazırlanması üçün Türkiyədən müəllimlər gətirilmişdir. 1974-cü ildə Girnəyə köçürülmüşdür. 1990-cı ildə isə Lefkoşanın Küçük Kaymaklı bölgəsinə köçürülmüşdür. 1994–1995 tədris ilində Atatürk İbtidai Məktəbinin binasına köçürülmüşdür. 1999-cu ildə Lefkoşa Dumlupınar bölgəsindəki yeni binasında təhsil verməyə başlamışdır. 2000-ci ildə isə yeni qanunla akademiyaya çevrilmişdir.
Hazırkı vəziyyəti 1937-ci ildə Müəllim Kolleci kimi təməli qoyulan və hazırda Atatürk Müəllim Akademiyası adı ilə fəaliyyətini davam etdirən akademiya yalnız ibtidai və məktəbəqədər təhsil üçün müəllim yetişdirməklə yanaşı, həmçinin müəllimlik sertifikatı əldə etmək istəyən universitet məzunlarına da bu sahədə təlim verir. Müstəqil tədris prinsipi ilə fəaliyyət göstərən, xüsusilə müəllim hazırlığına yönəlmiş və bu sahədə ixtisaslaşmış akademiya az sayda və seçilmiş tələbə qrupuna yüksək keyfiyyətli tədris xidməti göstərməyi qarşısına məqsəd qoyur.
Tanınmış məzmunları Pəmbə Marmara — şair. Nəriman Cahit — yazıçı və şair. Burhan Nalbantoğlu — siyasətçi və həkim. Özkər Özgür — siyasətçi. Erol Ərduran — müəllim və yazıçı. Cemal Özyiğit — təhsil naziri. Cemal Özgürsəl — bəstəkar və söz yazarı.
İstinadlar
Xarici keçidlər Atatürk Müəllim Akademiyasının rəsmi veb-saytı
Kateqoriya:1937-ci ildə yaradılmış təhsil müəssisələri