Vanessa atalanta (Qırmızı Admiral kəpənəyi) — Orta ölçülü, qara qanadları, qırmızı zolaqları və ağ ləkələri ilə seçilən kəpənək növü.Oxford Living Dictionaries. red admirable. Oxford University Press. retrieved March 30, 2017. Təxminən 5 sm qanad genişliyinə malikdir və ilk dəfə 1758-ci ildə Karl Linney tərəfindən "Systema Naturae" əsərində təsvir edilmişdir. Qırmızı admiral kəpənəyinə Şimali Afrika, Amerika, Avropa, Asiya və Karib dənizi bölgələrində rast gəlinir. İsti bölgələrdə yaşamağı sevsə də, yazda şimala miqrasiya edir və payızda geri qayıdır. Ən çox rütubətli meşələrdə tapılır, və əsasən yandırıcı yarpız (Urtica dioica) bitkisi üzərində yaşayır. Bəzi hallarda saxta yarpız (Boehmeria cylindrica) üzərində də rast gəlinir. Qırmızı admirallar yalnız öz ərazilərini qoruyan erkəklərlə cütləşirlər. Yüksək uçuş bacarığına malik olan erkəklər daha çox dişi cəlb edirlər. Bu kəpənəklər qeyri-adi dərəcədə sakitdir və çox yaxın məsafədən müşahidə edilməyə icazə verir. İnsanlar üzərində qonub dayanmaq onlar üçün adi prosesdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış taksonlar Kateqoriya:1758-ci ildə təsvir edilən həşəratlar Kateqoriya:1758-ci ildə təsvir edilən kəpənəklər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Asiya faunası Kateqoriya:Avropa faunası Kateqoriya:Şimali Amerika faunası Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Avrasiya həşəratları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları