Qızılı dikburun meymun və yaxud Roksalana meymunu, həmçinin Sıçuan meymunu, () — Mərkəzi və Cənub-Qərbi Çinin mülayim, dağlıq meşələrində kiçik bir əraziyə endemik olan meymun növü. Onlar Cənub-Qərbi Çinin bu dağlıq meşələrində dəniz səviyyəsindən 1500–3400 m hündürlükdə yaşayırlar. Çində adı Sıçuan qızıl saçlı meymunudur. Həmçinin Sıçuan dikburunlu meymunu kimi də adlandırırlar. Çində olan üç dikburunlu meymun növü arasında ən çox yayılan qızılı dikburunlu meymun növüdür.

Növün adı Osmanlı imperiyası hökmdarı Sultan Süleyman Qanuniın həyat yoldaşı, yuxarı əyilmiş burnu ilə seçilən gözəl Avropada Roksalana kimi tanınan Xürrəm Sultanın adından götürülüb. Taksanomiyası Onların çox qeyri-adi və heyrətamiz görünüşü var. Tükləri narıncı-qızılı, üzləri mavi, burunları isə son dərəcə qıvrımlıdır. Onlar çox nadirdir, nəsli kəsilməkdə olan növlər Qırmızı Kitaba daxil edilib. Onlar cənub və mərkəzi Çində yaşayırlar və ən böyük populyasiyalar Volong Milli Təbiət Qoruğunda qorunur (Siçuan). Hazırda qızılı dikburunlu meymunları Çindən kənarda, yalnız Honkonq, Yaponiya və Cənubi Koreyada görmək olar. In 2025, the ZooParc de Beauval in France became the first zoo outside Asia to house golden snub-nosed monkeys.

Meymunun şəkillərinə tez-tez qədim Çin vazalarında və ipək ekranlarında rast gəlinir. Soyuğa dözümlü heyvandır və asağı temperaturlu ərazilərdə yaşaya bilir. Qidalanması fəsillərə uyğun olaraq dəyişir, amma əsasən otyeyən heyandır. Ağaclarda yaşayır və vaxtının 97 %-ni kölgəlikdə keçirir. Sayları təxminən 8000-15000 arasında dəyişir Bioloqlar hazırda bu meymunun üç alt növünü müəyyən ediblər. Bu meymunun ilk növbədə quyruqlarının uzunluğu, həmçinin müəyyən skelet və diş xüsusiyyətləri digərlərindən əsas fərqlənən tərəfləridir.

İstinadlar

Xarici keçidlər Golden snub-nosed monkey in Maximum Card from China ARKive - images and movies of the Golden snub-nosed monkey (Rhinopithecus roxellana) Pictures of the Golden snub-nosed monkey from Chinese photographer Xi Zhinong

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Əntərmeymunlar Kateqoriya:Asiya məməliləri