Annona cherimola (Çerimoya) — Keçua xalqı tərəfindən "çirimuya" adlandırılan və "chirimoya" kimi də yazılan, "Annona" cinsinə aid yeməli meyvə verən bitki növü. Bu növ, Annonaaceae fəsiləsinə aiddir, şirin alma (sweetsop) və turş alma (soursop) növlərini də əhatə edir. Uzun müddət çerimoyanın Ekvador və Peruya məxsus olduğu düşünülüb və Andlar ilə Mərkəzi Amerikada becərilməsi geniş yayılıb. Lakin son dövrdə edilən fərziyyələrə görə, bu bitkinin vətəni Mərkəzi Amerika ola bilər, çünki onun yabanı qohumlarının bir çoxu burada tapılır. Çerimoya dünyanın tropik və subtropik bölgələrində, o cümlədən Mərkəzi Amerika, Cənubi Amerikanın şimal hissələri, Cənubi Kaliforniya, Cənubi Asiya, Avstraliya, Aralıq dənizi bölgəsi və Şimali Afrikada yetişdirilir. Amerikalı yazıçı Mark Tven çerimoyanı “insanların bildiyi ən dadlı meyvə” adlandırıb. Meyvənin qaymaqlı teksturası ona "krem alma" adını qazandırıb.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yeməli meyvələr Kateqoriya:Tropik meyvələr Kateqoriya:Filip Miller tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Meyvə ağacları Kateqoriya:Argentina florası Kateqoriya:Çili florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Kolumbiya florası Kateqoriya:Boliviya florası Kateqoriya:Ekvador florası Kateqoriya:Peru florası