Zevsin qanı (əvvəlki adı: Tanrılar və qəhrəmanlar) — Çarli və Vlas Parlapandidis qardaşlarının Netflix üçün yaratdığı və ssenarisini yazdığı böyüklər üçün nəzərdə tutulmuş Amerika fantastik dram animasiya serialıdır. Powerhouse Animation Studios tərəfindən istehsal olunmuş, animasiyası isə Cənubi Koreyanın Mua Film və Hanho Heung-Up studiyaları tərəfindən hazırlanmışdır. Serialın birinci mövsümü 27 oktyabr 2020-ci ildə nümayiş olunub.
2020-ci ilin dekabrında serialın ikinci mövsümü üçün davamı təsdiqləndi və bu mövsüm 10 may 2024-cü ildə yayımlandı. Yaradıcıların sözlərinə görə, əvvəlcədən beş mövsümlük plan hazırlanmışdı. 2024-cü ilin iyulunda isə serialın üçüncü və sonuncu mövsüm üçün davamı təsdiqləndi və həmin mövsüm 8 may 2025-ci ildə yayımlandı. Sujet Hadisələrin Mifik Qədim Yunanıstanda cərəyan etdiyi bu serial Zevsin yarıtanrı oğlu Heronun ətrafında qurulub — o, həm Olimp, həm də Yer üzünü xilas etməyə çalışır. Heron özü bu serial üçün xüsusi olaraq yaradılmış orijinal obrazdır, lakin tanrı ilə insanın birliyindən doğulan yarıtanrıların mövcudluğu qədim yunan miflərində də geniş yayılmış bir anlayış kimi təqdim olunur. Serialın proloqunda deyilir ki, bu hekayə yunan mifologiyasının mövcud kanonuna deyil, tarixdə “itmiş dastanlardan” birinə əsaslanır. Süjetdə tanrılar, nəhənglər, iblislər, avtomatlar, titanlar və mifoloji minik heyvanları yer alır.
Səs heyəti və personajlar Əsas Derek Fillips – Heron Cessika Henvik – Aleksiya Meymi Qammer – Elektra Ceyson O'Mara – Zevs / Elias Klaudiya Kriştian – – Hera – Xrizantə (2-ci mövsüm) – Teya (3-cü mövsüm) Elias Tufeksis – Serafim Kris Diamantopulos – – Poseydon – Evios – Brontes (3-cü mövsüm) Adetokumbo M'Kormak – Kofi Fred Tatasior – – Hades – Aratus Teoqonis (1-ci mövsüm) – Sinis (2-ci mövsüm) Lara Palver – Persefona (2–3-cü mövsüm) Sissi Cons – – Demetra (2–3-cü mövsüm) – Harpiya (2–3-cü mövsüm) – İris (2-ci mövsüm) Alfred Molina – Kronos (3-cü mövsüm)
Köməkçi
Matt Lou – Ares Adam Krousdell – – Apollon – Hefaistos (1-ci mövsüm) Melina Kanakaredes – Ariana (1-ci mövsüm) Deni Ceykobz – – Kral Periandr (1-ci mövsüm) – Kral Akrisi (1-ci mövsüm) Metyu Merser – – Hermes – Aleksiyanın atası (1-ci mövsüm) Vanessa Marşall – – Ariananın bacısı (1-ci mövsüm) – Hestiya (2-ci mövsüm) – Qəzəb Tanrıçaları: Alekto, Meqeyra və Tisifona (3-cü mövsüm) – Temis (3-cü mövsüm) Deyvid Şonesi – – Müdrik Xiron (1-ci mövsüm) – Dionis (1–2-ci mövsümlər) – Hefaistos (2–3-cü mövsümlər) Cennifer Heyl – – Aleksiyanın anası (1-ci mövsüm) – Artemida (1-ci mövsüm) – Taled Tanrıçaları: Klotho, Laxesis və Atropos (1–2-ci mövsümlər) Sara Elmaleh – – Atena (2–3-cü mövsümlər) – Artemida (2–3-cü mövsümlər) – Teope (3-cü mövsüm) Cin Cilpin – Qaya (2–3-cü mövsümlər) Dastin Harnish – Valla (2-ci mövsüm) Kourtney Teylor – – Hekate (2–3-cü mövsümlər) – Menad (3-cü mövsüm) – Potniya (3-cü mövsüm) Cey Bi Blank – Yeraltı Dünyanın Hakimləri: Minos, Radamanf və Eyak (2-ci mövsüm) Kari Valqren – – Zaqreus (2–3-cü mövsümlər) – Melinoe (2–3-cü mövsümlər) Culi Natasın – Afrodita (2–3-cü mövsümlər) Reyçel Rozenblum – Qorqo (2–3-cü mövsümlər) Saymon Kassianides – Orfey (3-cü mövsüm) Seriyalar Mövsüm Seriya sayı Orijinal yayım tarixi 1 8 27 oktyabr 2020 2 8 10 may 2024 3 8 8 may 2025 Xarici keçidlər
İstinadlar
Kateqoriya:Yunan-Roma mifologiyasına əsaslanan teleseriallar Kateqoriya:Qaranlıq fentezi teleserialları Kateqoriya:Netflix orijinal proqramları Kateqoriya:2020-ci ildə başlayan ABŞ teleserialları Kateqoriya:Animasiya serialları Kateqoriya:Macəra teleserialları Kateqoriya:Ekşn teleserialları Kateqoriya:ABŞ cizgi filmləri