thumb|300x300px|Vladimir Putin 2018-ci ildə Rusiyada keçirilmiş prezident seçkiləri ərəfəsində Sevastopolda keçirilmiş mitinqdə

thumb|Vladimir Putin

Putinizm və ya Putinçilik — Rusiya prezidenti Vladimir Putin tərəfindən tətbiq edilmiş siyasət üçün istifadə edilən termin. Qərb mediasında Putinizm və Putinist terminləri əsasən Putinin administrasiyası dövründə keçmiş SSRİ-nin və ya müasir Rusiyanın hərbi təhlükəsizlik agentliklərində işləmiş siloviklərin ölkənin siyasi və maliyyə gücünün böyük hissəsinə nəzarət etdiyinə işarə etmək üçün istifadə edilir."The Perils of Putinism" , by Arnold Beichman, Washington Times, 11 Şubat 2007 Bir çox silovikilərFrom Communism to Putinism , by Richard W. Rahn, The Brussels Journal, 19 sentyabr 2007.Russia: Putin May Go, But Can 'Putinism' Survive? , By Brian Whitmore, RFE/RL, 29 avqust 2007 Putinin şəxsi dostları olmuş və ya əvvəllər FSB, Daxili İşlər Nazirliyi və ordu kimi dövlətin təhlükəsizlik və kəşfiyyat orqanlarında işləmişlər.Russia's New Oligarchy: For Putin and Friends, a Gusher of Questionable Deals by Anders Aslund 12 dekabr 2007.За время президентства Путин "заработал" 40 миллиардов долларов? Путин под занавес президентства заключил мегасделки по раздаче госактивов "близким людям" NEWSru.com 13 mart 2008.

Rusiya dövlətinin iqtisadi aktivlərinin "çekistlər tərəfindən ələ keçirilərək" onların aparıcı rus oliqarx qrupuna çevrilməsi və "Rusiya dövlətinin maliyyə, media və inzibati resurslarına nəzarəti ələ alması" prosesinin Putinin yaxın adamları və dostlarından ibarət bir qrup tərəfindən həyata keçirilməsi haqqında iddialar meydana gəlmişdir. Bu proses zamanı demokratik azadlıqlar və insan hüquqları da məhdudlaşdırılmışdır. Culi Andersonun sözlərinə görə, Rusiya " FSB dövlətinə" çevrilmişdir. Kütləvi depolitizasiya Putinizmin sosial xəttinin mühüm elementi kimi tanınır. Cəmiyyətin ictimai iştirakçılığına süni maneələrin yaradılması ilə siyasət, cəmiyyətin müdaxiləsindən azad olunmuş və tamamilə hakimiyyət başında olanların ixtiyarına verilmiş "saf idarəçiliyə" çevrilmişdir. Putinizmin sosial müqaviləsi insanlara siyasətə qarışmamaq müqabilində iqtisadi inkişaf və şəxsi həyatda əhəmiyyətli azadlıqlar təklif edir.

"Putinizm" termini birinci dəfə Andrey Piontkovskinin 2000-ci il yanvar ayının 11-də "Sovetskaya Rossiya" qəzetində dərc olunmuş və elə həmin gündə"Yabloko" partiyasının saytına əlavə edilmiş məqaləsində istifadə edilmişdir. Piontkovski Putinizmi "Rusiyada fırıldaqçı kapitalizmin ən yüksək və son mərhələsi" kimi təsvir etmişdir. Bu mərhələdə "yarı unudulmuş klassikin" təbirincə deyilərsə, burjuaziya demokratik azadlıqlar və insan haqları bayrağını dənizə atmışdır. Bu, eyni zamanda nifrət yolu ilə milli birliyin təmin edilməsi, ifadə azadlığına və məlumat azadlığına hücumlar, xarici dünyadan təcrid olunma və daha çox iqtisadi tənəzzül kimi elementləri özündə birləşdirən bir müharibədir.Piontkovsky Andrey (11 January 2000). "Путинизм как высшая и заключительная стадия бандитского капитализма в России" [Putinism as highest and final stage of bandit capitalism in Russia]. Советская Россия [Sovetskaya Rossiya] (in Russian). No. 3. Moscow.

İstinadlar

Ədəbiyyat siyahısı

Xarici keçidlər

Putinism: the ideology – 1:20 lecture by professor Anne Applebaum spoken in London School of Economics and Political Science (LSE), recorded on Monday 28 January 2013.

Kateqoriya:Rusiyada siyasət Kateqoriya:Rusiya Federasiyası tarixi Kateqoriya:Vladimir Putin Kateqoriya:Siyasi ideologiyalar Kateqoriya:Eponim siyasi ideologiyalar Kateqoriya:Rus millətçiliyi Kateqoriya:Rus dilində sözlər və ifadələr Kateqoriya:Antikommunizm Kateqoriya:Neologizmlər Kateqoriya:Avtoritarizm Kateqoriya:İmperializm Kateqoriya:Antiatlantizm Kateqoriya:Siyasi sistemlər