Əsgər Hacıyev () — istehsalat qabaqcılı. Sosialist Əməyi Qəhrəmanı (1976).

Həyatı Hacıyev Əsgər Bayraməli oğlu Ordubad rayonunun Behrud kəndində anadan olub.

Əmək fəaliyyətinə 1955-ci ildə Sumqayıtdakı 1 saylı tikinti trestində başlamış, 1957 ildən Bakıda sənaye obyektlərinin tikintisində çalışmışdır.

1982-ci ildən orta texniki peşə məktəbində təlim ustası idi.

1981-ci ildə ona Gənclərin hami tərbiyəçisi fəxri adı verilmişdi.

AKP 30-cu qurultayında (1981) MK üzvü seçilmişdir.

İki dəfə Lenin ordeni və medallarla təltif edilmişdir.

Mənbə

Kateqoriya:Ordubad rayonunda doğulanlar Kateqoriya:Ordubad rayonunda vəfat edənlər Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri