Ithaginis cruentus (Qan qırqovulu) — "Phasianidae" fəsiləsinə aid olan və "Ithaginis" cinsində tək növ olan bir quş növü. Aşağı Himalaylarda geniş yayılmış, Şimal və Şərqi Hindistan, Nepal, Butan, Cənubi Çin və şimali Myanmada rast gəlinən nisbətən kiçik, qısa quyruqlu bir qırqovul növüdür. 2009-cu ildən etibarən "Beynəlxalq Təbiəti Mühafizə İttifaqı" (IUCN) tərəfindən "Ən Az Narahatlıq Doğuran Növ" kimi təsnif edilmişdir və qlobal populyasiyanın sabit olduğu düşünülür.

Yayılması və yaşayış mühiti

Qan qırqovulu Nepal, Sikkim, şimali Myanmər, Tibet və mərkəzi və cənub-mərkəzi Çin dağlarında yaşayır. İynəyarpaqlı və qarışıq meşələri və qar xətti yaxınlığındakı kolluqları üstün tutur. Fəsillərə görə yaşayış sahəsini dəyişir, yayda daha yüksək yüksəkliklərdə, qar artdıqda isə payız və qışda daha aşağı yüksəkliklərə köçür.Johnsgard, P. A. (1999) The Pheasants of the World: Biology and Natural History. Washington, D.C: Smithsonian Institution Press

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:1821-ci ildə təsvir edilən heyvanlar Kateqoriya:Nepal quşları Kateqoriya:Hindistan quşları Kateqoriya:Tibet quşları Kateqoriya:1821-ci ildə təsvir edilən quşlar