thumb|Hiqroma(sinovial kist) Sinovial kist və ya qanqlion kimi adları ilə də tanınan hiqroma ( maye və — şiş mənasını verir) qoşmaların kisəsində və ya seroz kisədə seroz maye ilə qarışmış mükus və ya fibrin toplanmasından yaranan, şişəbənzər xüsusi bir formalaşmadır.Статья «Гигрома» в Малой медицинской энциклопедии Adətən bir neçə hissədən ibarətdir. Hiqromaya daha çox 20-30 yaşlı qadınlar arasında rast gəlinir. Xəstələr hiqromanın kiçik olduğu hallarda heç bir ağrı hiss etmirlər.Sabiston textbook of surgery: the biological basis of modern surgical practic / edited by Courtney M. Townsend, Jr, R. Daniel Beauchamp, B. Mark Evers, Kenneth L. Mattox. — 20th edition. Philadelphia: Elsevier, 2017. — P. 2008-2010. Bu da hiqromanın erkən mərhələlərində diaqnozunun qoyulmasını və müalicəsini çətinləşdirir.

Etiologiyası və patogenezi Hiqroma subakut tendovaginit və ya bursit nəticəsində inkişaf edən bir patalogiyadır. Patogenezinin xarakterik xüsusiyyətləri, sinaqlıqların kisəsinin (və ya sinovial kisənin) səthə yaxın yerləşməsi və bunun xroniki travmalara məruz qalmasıdır. Bu travmalar çox zaman peşə fəaliyyəti çərçivəsində təkrarlanan hərəkətlər nəticəsində baş verir.

Hiqromanın ən çox rast gəlindiyi bədən hissəsi biləkdir. Bu hissədə əmələ gələn hiqromalar insanlarda narahatlığa səbəb olurlar. Bilək oynağının hiqroması oynaqla birbaşa əlaqəlidir. Bədənin digər hissələrində isə hiqromalara çox az rast gəlinir. Əsasən, hiqromanın diametri 1-2 ilə 5-6 sm arasında dəyişir. Bəzi hallarda isə daha böyük ölçülü hiqromalara da rast gəlmək mümkündür.

Klinik təsviri Kiçik ölçülü hiqromalar heç bir narahatçılığa səbəb olmurlar. Xəstədə hiqroma böyüdükcə küt sancılı ağrılar yaranır, damar-sinir dəstələrinin sıxılması nəticəsində, paresteziya (iynələnmə, keyimə hissi), hiperesteziya (həssaslığın artması) və venoz durğunluq (qan dövranının zəifləməsi) müşahidə olunur. Palpasiya (yoxlama) zamanı hiqroma nahiyəsindəki dəri elastik və hərəkətlidir. Əgər sinovial kisədə iltihab yoxdursa, palpasiya zamanı ağrı olmur. Hiqroma məhdud şəkildə yerini dəyişə bilir, yalnız əsas toxumalarla birləşmiş olur və yumşaq-elastik konsistensiyaya malikdir.

Diaqnostika Diaqnoz klinik mənzərəyə əsasən qoyulur. Əgər hiqroma atipik nahiyədə yerləşirsə, rentgenoloji və ya ultrasəs müayinəsi aparılır. Bədxassəli (xərçəng) törəməni istisna etmək üçün bəzən punksiya (iynə ilə maye götürülməsi) edilərək histoloji və sitoloji analizlər aparılır.

Hiqromanın müalicə üsulları Hiqroma adətən təhlükəli hesab olunmur və müalicə tələb etmir. Zədələnmiş nahiyə xarici təzyiqlərdən qorunsa hiqroma öz-özünə yoxa çıxa bilər. Bəzi hallarda hiqroma partlayır və bir daha əmələ gəlmir. Hiqromanın ağrıya və narahatlığa səbəb olduğu, hərəkətə mane olduğu hallarda isə cərrahi yolla götürülür. Konservativ müalicə üsulları (istilik, palçıq və parafin tətbiqləri, yod ilə iontoforez, ultrabənövşəyi şüalanma və rentgen terapiyası) bir qayda olaraq səmərəsizdir. Ən təsirli müalicə üsulu cərrahi yolla, hiqromanın tam kəsilməsi ilə aparılır. Oynaq boşluğuna daxil olan hiqromanın ağzı sarğı ilə bağlanmalı və dublikasiya tətbiq edilməlidir. Əlavə olaraq yerli toxumalarla gücləndirilməlidir.

Əməliyyat lokal anesteziya altında aparılır və təxminən 20-30 dəqiqə davam edir. Əməliyyatdan 7-10 gün sonra tikişlər sökülür. Hiqromalar böyük olduqda və ya daha mürəkkəb yerlərdə yerləşdikdə əməliyyat anesteziya altında aparılır. Hiqromanın residiv etmə səbəbi onun tam çıxarılmaması və ya onun ponksiyonla çıxarılmasıdır.

İllüstrasiyalar

İstinadlar

Keçidlər Диагностика, лечение гигром и ганглиев

Kateqoriya:Əzələ-skelet sisteminin xəstəlikləri Kateqoriya:Əzələ-skelet sisteminin anomaliyaları olan sindromlar Kateqoriya:Ortopedik problemlər Kateqoriya:Kistlər Kateqoriya:Dəri və dərialtı böyümələr