Türkmənistan manatı — Türkmənistanın pul vahidi. Dövriyyəyə 1 noyabr 1993-cü ildə buraxılıb. Yanvar 2009-cu ildə Türkmənistanda pul vahidinin devalvasiyası keçirildi: 5000 köhnə manat 1 yeni manatla əvəz edildi. 1 manat = 100 tenqe.
Hazırda metal pul kimi 1, 2, 5, 10, 20, 50 tenqe və 1 və 2 manatlıq; 1, 5, 10, 20, 50, 100, 500 manatlıq əskinazlar buraxılır.
Maraqlı faktlar 1993-cü ildən 2005-ci ilədək buraxılan bütün əskinazlarda (1 və 5 manatlıqdan başqa) Saparmurad Niyazovun portreti verilirdi.
Manatın denominasiyası 1 yanvar 2009-cu ildə dövriyyəyə denominasiya edilmiş metal pullar və əskinazlar buraxıldı. 5000 köhnə manat 1 yeni manatla əvəz edildi. Bununla da dövriyyədə olan ən yüksək nominallı 10 min köhnə manat 2 yeni manatla əvəz edildi. 2009-cu ildə hər iki əskinaz növü dövriyyədə idi. 2010-cu ildə isə köhnə manatları yenisinə dəyişmək olardı. Yeni manatlarda Türkmənistanın görkəmli şəxslərinin portretləri və memarlıq abidələri verilimişdir.
Türkmənistan manatının sikkələri (Birinci manat) Şəkil Dəyər Diametr (millimetr) Kompozisiya Təsviri Buraxılış təsviri Üz Tərs Üz Tərs 40px 40px 1t 16 mm Mis-örtüklü polad Saparmurad NiyazovDairə daxilində çiçəyə bənzər dizaynın daxilindəki dəyər 1993 49px 49px 5t 19.5 mm 56px 56px 10t 22.5 mm52px 52px 20t 20.9 mm Nikel-örtüklü poladSaparmurad NiyazovDairə daxilində çiçəyə bənzər dizaynın daxilindəki dəyər1993 60px 60px 50t 24 mm Keçi başı ilə Kornukopia üzərindəki dəyər 52px 52px 500m 20.9 mm Nikel-örtüklü polad Denominasiya,tarix aşağıda 1999 60px 60px 1,000m 24 mm
Mənbə MDB və Baltika metal pulları türkmənistan metal pulları terkmənistan mərkəzi Bankının saytı (türkmən dilində)
İstinadlar
Kateqoriya:Manat Kateqoriya:Pul vahidləri Kateqoriya:Türkmənistan pulları