Rus Pravoslav kilsəsi — Cəlilabad rayonunun Günəşli kəndində 1890-cı ildə tikilmiş kilsə və tarix memarlıq abidəsi.

Kilsə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Haqqında Kilsə 1890-cı ildə Pokrovka kəndinə köçmüş rus əhali üçün tikilib. Qırmızı kərpicdən tikilmiş kilsənin pəncərə və qapıları tağvari formadadır.

Sovet işğalından sonra Azərbaycanda 1928-ci ildə rəsmi olaraq dinlə mübarizəyə başladılar. Bir çox məscid, kilsə və sinaqoqlar maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verildi. Pakrovka kəndində yerləşən pravoslav kilsəsi də bu dövrdə ibadətə bağlanıb.

Azərbaycan müstəqlilliyini yenidən bərpa etdikdən sonra kilsə binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Kilsə istifadə olunmadığı üçün baxımsız vəziyyətdədir.

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Cəlilabadda yerləşən tarixi kilsənin restavrasiyaya ehtiyacı var / Azərtac

Kateqoriya:Cəlilabad rayonunun abidələri Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:Azərbaycanda Rus Pravoslav Kilsəsi