Cənubi İtaliya () — İtaliyanın cənub bölgələrini əhatə edən makroregion.

Bu region həmçinin İtaliyada Meridione və ya Mezzogiorno adları ilə də tanınır. Mezzogiorno termini Neapol ləhcəsində Miezojuorno, Siciliya ləhcəsində isə Menzujornu kimi səslənir və italyan dilində "Günorta" deməkdir. Coğrafiyası 280px|thumb|right|Neapol Cənubi İtaliya ölkənin iyirmi bölgəsindən altısını təşkil edir: Регион Столица   Население 17px Abruttso 19px L'Akuila 18px Bazilikata   22px Potentsa 20px Kalabriya 22px Katantsaro   17px Kampaniya 15px Neapol 18px Molize 25px Kampobasso   14px Apuliya 18px Bari

Bu regiona daxil bölgələrin ümumi sahəsi 73,224 km², əhalisi (2013-cü ilin sonu) 14,167,819 nəfərdir.Resident Population. Geographical Area: South . — официальный сайт ISTAT. Ən çox əhalisi olan şəhər Neapoldur (989,1 min nəfər). Coğrafi mənada ölkənin cənub hissəsinin iki bölgəsi - Abruttso və Molize bəzən Mərkəzi İtaliyanın bir hissəsi kimi təsnif edilir.De Agostini. Atlante Geografico Metodico. — ISBN 88-415-6753-8

İqtisadiyyatı 280px|thumb|right|Bari Regionun ümumi daxili məhsulu (ÜDM) 2018-ci ildə 271,1 milyard avro təşkil edərək, İtaliyanın iqtisadi məhsulunun 15,4%-ni təşkil edib. Alıcılıq qabiliyyətinə görə adambaşına düşən ÜDM 19,300 avro və ya həmin il Avropa İttifaqının 27-ci orta göstəricisinin 64%-ni təşkil edib.

Xüsusiyyətləri Tarixən Cənubi İtaliyanın ərazisi vahid ölkəyə birləşməzdən əvvəl Neapol krallığının tərkibində olub. Bu da makroregionun müasir xüsusiyyətləri bir çox cəhətdən bu dövlətin tarixində öz əksini tapır. XI əsrin əvvəllərində bu ərazi Bizans imperiyasının fərqli Lombard vassal knyazlıqlarının konqlomeratı idi və daha sonra Cənubi İtaliya Normanlar tərəfindən fəth edildi. Sonrakı əsrlər ərzində bölgə onun inkişafında maraqlı olmayan Fransa və İspaniyanın, daha sonra Avstriyanın xarici monarxik sülalələrinin hakimiyyəti altına düşdü. Nəticədə, Cənubi İtaliyanın ölkənin digər hissələri ilə müqayisədə qeyri-mütənasib inkişafı problemi bu gün də aktual olaraq qalır. Burada urbanizasiya, sənayeləşmə, iqtisadi və sosial inkişaf səviyyəsi aşağıdır. İtaliya Milli Statistika İnstitutunun məlumatına görə, cənub bölgələri İtaliya ərazisinin 40% -ni tutur və əhalisinin 37% -ni təşkil edir, lakin bu gün ölkənin qanuni ÜDM-ə rəsmi töhfəsi cəmi 24% təşkil edir və qeyri-formal iqtisadiyyat (qara bazar, mafiya fəaliyyəti və s.) cənubun ÜDM-in təxminən üçdə birinə çatır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Statistika məqsədləri üçün ərazi vahidlərinin nomenklaturası Kateqoriya:İtaliya Kateqoriya:İtaliya coğrafiyası