Turan Moralı () — türk diplomatı və siyasətçi, Türkiyənin Danimarkada (1.01.1996 - 1.01.1999),REPUBLIC OF TÜRKİYE TURKISH EMBASSY IN COPENHAGEN Azərbaycanda (19.11.2004 - 4.01.2007), İranda (8.01.1999 - 11.28.2001)REPUBLIC OF TÜRKİYE TURKISH EMBASSY IN TEHRAN və İrlandiyada (1.15.2007-8.31.2008) fövqaladi və səlahiyyətli səfiri.

Bioqrafiyası Turan Moralı 26 sentyabr 1943-cü ildə Türkiyənin Manisa şəhərində anadan olub. 1966-cı ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsini bitirib.

Karyerası Turan Moralı 1967-ci ildə Türkiyə Xarici İşlər Nazirliyinə daxil olaraq müxtəlif vəzifələrdə çalışıb:

1987–1988-ci illərdə xarici işlər naziri Məsud Yılmazın xüsusi müşaviri.

1996–1999-cu illərdə Türkiyənin Danimarkada səfiri.

1999–2001-ci illərdə Türkiyənin İranda səfiri.

2001–2002-ci illərdə Xarici İşlər Nazirliyinin müşaviri.

2002–2004-cü illərdə Türkiyə Xarici İşlər Nazirliyində Beynəlxalq Təhlükəsizlik məsələləri üzrə baş direktor.

2004–2007-ci illərdə Türkiyənin Azərbaycanda fövqaladi və səlahiyyətli səfiri olub.ПРЕЗИДЕНТ АЗЕРБАЙДЖАНА ИЛЬХАМ АЛИЕВ ПРИНЯЛ ПОСЛА ТУРЦИИ В НАШЕЙ СТРАНЕ ТУРАНА МОРАЛЫ Turan Moralı Bakıda işlədiyi müddətdə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışı oldu və qaz kəməri layihəsinə start verildi. O, Türkiyə ilə Azərbaycan arasında sıx birliyin olduğunu, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi uğurları qeyd edirdi: "Bu gün Türkiyə və Azərbaycan Respublikaları bütün maneələrə və siyasi oyunlara qalib gələrək sıx birliyə nail olmuşlar və ölkələrimiz iqtisadi cəhətdən inkişaf edərək gələcəyə inamla addımlayır. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilir".AZƏRTAC

2007–ci ildə Türkiyənin İrlandiyada səfiri təyin olunub və 2008-ci ilə qədər bu vəzifədə çalışıb.

2008-ci ildə Turan Moralı yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.

Həmçinin bax Türkiyənin Azərbaycandakı səfirlərinin siyahısı

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə diplomatları Kateqoriya:Türkiyə səfirləri Kateqoriya:Türkiyənin Azərbaycandakı səfirləri