Anthus godlewskii — Orta ölçülü quş növü.
Yaşayış yeri
Bu quş Monqolustanda və Çin, Tibet, Hindistan kimi qonşu ərazilərdə çoxalır. "Anthus godlewskii" uzunmüddətli miqrantdır və qış aylarında Cənubi Asiyanın açıq aşağı ərazilərinə köç edir. O, Qərbi Avropada çox nadir rast gəlinən bir quş növüdür.
Fiziki təsvir
"Anthus godlewskii" böyük bir pipit növüdür, amma yerə enəndə görünüşü, digər pipitlərdən, çox da fərqlınmir. Üst hissəsi əsasən qəhvəyi, alt hissəsi isə açıq rəngdədir. "Richard's" pipiti ilə çox oxşardır, lakin bir qədər kiçikdir, ayaqları daha qısadır və qanadı daha qısa və tünddür. Uçuşu güclü və düz olub, "pshee" səslənən xarakterik bir səs çıxarır ki, bu səs "Richard's" pipitindən daha yüksəkdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1876-cı ildə təsvir edilən quşlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:1876-cı ildə təsvir edilən heyvanlar Kateqoriya:Ant Kateqoriya:Asiya quşları Kateqoriya:İran quşları