300px|thumb|right|"Koroğlu" operasının afişası. 1939-cu il.
Azərbaycan ali mədəniyyəti — sovet hakimiyyəti tərəfindən qəbul edilən, yaradılmasına və təbliğinə imkan verilən Azərbaycan mədəniyyəti.
Tarixi Sovet dövründə "ali mədəniyyət" anlayışı milli kanonun Moskva tərəfindən təsdiqləndiyi bir vasitə kimi, müstəmləkəçiliyi əks etdirirdi.Nikulina, Ania. "Ballet in Ukraine: A Site of Tension between Imperialism and Nationalism." PhD diss., University of California, Riverside, 2019. Sovet dövründə Azərbaycan ali mədəniyyətinin legitimliyi sovet hakimiyyəti tərəfindən onun tanınması və qəbulu ilə bağlı idi.
Stalinizmin ali mədəniyyətə və monumentalizmə üstünlük verməsi, vaxtilə poeziya istiqamətli fars ənənəsinin bir hissəsi olan və milli əlifbaya malik olmayan Azərbaycanı çətin vəziyyətə salmışdır. Azərbaycan Yazıçılar Birliyinin ilk sədri Məmmədkazım Ələkbərli (1905–1938) birliyin qurultayındakı çıxışında Azərbaycan ədəbiyyatı tarixindən danışarkən guya türk, fars və ərəb dillərində şeirlər yazmış VIII əsr şairi Zibeydə Xatundan bəhs etməklə sözünə başlamışdır. Bu personaj Azərbaycan milli kanonuna daxil ola bilməsə də, ona istinad Azərbaycan rəsmilərinin milli ədəbiyyatlarının tarixi dərinliyini nümayiş etdirmək cəhdlərini təmsil edirdi.
Sovet mədəni siyasəti Azərbaycan musiqisinin polifoniya və Avropa orkestr formalarını qəbul etməsini tələb edirdi.Kaplan, Isabelle. "The Art of Nation-Building: National Culture and Soviet Politics in Stalin-Era Azerbaijan and Other Minority Republics." PhD diss., Georgetown University, 2017. Yekunda əldə edilən nəticələr Sovet Azərbaycan mədəniyyətini İran mədəniyyətindən fərqləndirir və Sovet Azərbaycanına İran azərbaycanlılarına "hədiyyə" ediləcək fərqli bir məhsul təqdim edirdi.
Rus əsilli Azərbaycan rejissoru Aleksandr Tuqanovun Azərbaycan teatrının inkişafında rolu böyük olmuşdur, o, Azərbaycan teatrı üçün, gələcəyin parlaq simalarını yetişdirmişdir. Tuqanov klassik Avropa və rus dram əsərlərini Azərbaycan Dram Teatrında səhnəyə qoymuşdur.M. Allakhverdiev, "Narodnyi artist," Molodezh′ Azerbaidzhana, 28 March 1946. "Azərbaycan Xalq Artisti" adına layiq görülən Tuqanov Azərbaycan sovet teatrının banisi sayılan Cəfər Cabbarlı ilə birlikdə işləmişdir. Şərq mədəniyyətinə uyğun hazırlanmış "Hamlet" tamaşası ilə, o, 1930-cu ildə Moskvada Azərbaycanı təmsil etmişdir. Buna görə də Tuqanov Sovet Azərbaycan ali mədəniyyətinin yaradıcılarından biri kimi xatırlanır. Bu mədəniyyət Azərbaycanın milli kapitalı idi, xaricə ötürülməsi və istifadə edilməsi üçün yaradılmışdı.
Rus təsirində vacib olan məsələ sadəcə Moskvadan Bakıya mədəniyyətin ötürülməsi deyil, həm yerli artistlərdən Moskvaya, həm də Bakı və Moskvadan digər xalqlara mədəni təsirin dövriyyəsinin təşkili idi. Bu "axın" nəticəsində müstəmləkənin məcbur etdiyi ilə yerli şəkildə yaradılan arasında fərq itir, rus sovet mədəniyyəti bütün sovet etnik qrupları, o cümlədən azərbaycanlılar tərəfindən yaradılmış olurdu. Nəticədə yaranan mədəni məhsullar milli mədəniyyət kimi yayılması üçün, sovet standartlarına cavab verirdi.Brunstedt, Jonathan. "Elder Brother, Loyal Friend, and The Stalinist Myth of War: Recasting Soviet Ethnic Hierarchy, 1945–1953." Ab Imperio 20, no. 3 (2019): 88–116.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadası Azərbaycan SSR üçün dönüş nöqtəsi və Azərbaycanın kimliyi və özünə göstərdiyi inam üçün böyük bir töhfə olmuşdur. Dekadaya deyilən təriflər respublikanın ümumittifaq səhnəsində mədəni mövcudiyyətini təsdiqləmişdir. Buradakı fəaliyyətin mərkəzi mətbuatda geniş işıqlandırılması və Kremlinin rəğbəti nəticəsində Azərbaycan milli kanonunun həm respublikadan kənarda (pansovet mədəniyyətinə töhfə olaraq), həm də Azərbaycanda möhkəmlənməsi və yayılmasına imkan verilmişdir.
1954-cü ildə çəkilmiş "Doğma xalqıma" (rus. Родному народу) sənədli filmində Rəşid Behbudov başda olmaqla, Azərbaycan mədəniyyətinin parlaq simaları Azərbaycan ali mədəniyyətini öz xalqlarına təqdim edirdi. Filmdə nümayiş edilən Azərbaycan ali mədəniyyətinin nümunələri Stalin dövründə yaradılmışdır.Imran Seidov, "Rodnomu narodu," Molodezh′ Azerbaidzhana, 7 July 1954, 3.
Qalereya
Həmçinin bax Kitabi-Dədə Qorqud – sovet dövrünün əvvəllərində Azərbaycan mədəniyyəti üçün arzuolunmaz hesab edilən dastan. Azərbaycanda Novruz bayramı – sovet dövründə uzun müddət qeyd edilməyən bayram.
İstinadlar
Ədəbiyyat DeHaan, H. D. (2021). Remembering our worth: commemorating the Azerbaijani nation through cultural exchange. Canadian Slavonic Papers, 63(1–2), 168–188. https://www.tandfonline.com/doi/full/10.1080/00085006.2021.1915523 Kaplan, Isabelle R. The Art of Nation-building: National Culture and Soviet Politics In Stalin-era Azerbaijan and Other Minority Republics. History, 2017. hdl.handle.net/10822/1047813
Kateqoriya:Azərbaycan mədəniyyətinin tarixi