Siyasi coğrafiyada tamamilə başqa bir siyasi regionun sərhədləri daxilində yerləşən siyasi regiona anklav ərazi deyilir (Fransız dilindəki anklav sözündən götürülmüşdür). Eksklav ərazi (Fransız dilindəki exclave sözündən götürülmüşdür) isə mənsub olduğu ərazi ilə coğrafi baxımdan əlaqəsi olmayan, onunla arasında başqa bir siyasi region olan olan siyasi ərazidir. Hər iki tərəf üçün müvafiq olan təriflər mövcud olsa da, iki ayrı anlayış mövcuddur. Şəkil 1-dəki təsvirə əsasən C zonası B zonasının eksklavı və eyni zamanda da A zonasının daxilində yerləşən anklavdır. Əgər C müstəqil olaraq bir siyasi ərazi olsaydı, o zaman o, yalnız bir anklav olardı. Şəkil 2-dəki təsvirə əsasən isə C zonası B zonasının eksklavıdır, lakin anklav deyildir. Çünki onun birdən çox ölkə ilə sərhədi mövcuddur.
right|thumb|(Şəkil: 1) Şəkil 1-dəki təsvirə əsasən C zonası B zonasının eksklavı və eyni zamanda da A zonasının daxilində yerləşən anklavdır. Əgər C müstəqil olaraq bir siyasi ərazi olsaydı, o zaman o, yalnız bir anklav olardı.
right|thumb|(Şəkil: 2) C zonası B zonasının eksklavıdır. Ancaq D zonası ilə həmsərhəd olduğu üçün A zonasının anklavı hesab olunmur.
Anklav
Anklav ərazi bir ölkənin başqa bir ölkə tərəfindən əhatə olunmuş torpaq sahəsidir. Başqa bir dövlətin sərhədləri daxilində yerləşən bu zona bir dövlətin ərazisi ola bildiyi kimi, müstəqil bir dövlət də ola bilər.
Lesoto hər tərəfdən Cənubi Afrika Respublikası ilə əhatə olunmuş anklavdır. Türkiyənin anklav ərazisi isə Suriyadakı Caber qalası hesab olunur. İsveçrə ərazisində də iki anklav mövcuddur: Almaniyaya məxsus Büsingen və İtaliyaya məxsus olan Campione d'Italia.
Siyasi anklavlarla bərabər, etnik anklavlar da mövcuddur. Etnik anklavlar dominant mədəniyyətdən fərqli bir mədəniyyətin mövcud olduğu regionlarda mövcud olan mədəniyyətlərdirlər. Etnik anklavlarda bir mədəniyyət başqa bir mədəniyyət sahəsi ilə məhdudlaşır. Belə ərazilərdə çox sayda dillər, dinlər və mədəniyyətlər müşahidə olunur. Etnik anklavlara nümunə olaraq gettoları, kiçik italyan anklavlarını, şəhərətrafı zonaları və Çin məhəllələrini göstərmək mümkündür.
Bəzi anklav ərazilər
San-Marino — İtaliya daxilində yerləşir Vatikan — İtaliyanın paytaxtı hesab olunan Roma şəhərinin daxilində yerləşir Lesoto krallığı — Cənubi Afrika Respublikasının daxilində yerləşir
Eksklav
Bir dövlətin başqa bir dövlət tərəfindən özü ilə əlaqəsi kəsilmiş ərazisinə eksklav deyilir.Eksklav əraziyə nümunə olaraq Naxçıvan Muxtar Respublikası göstərilə bilər. Azərbaycanın ərazisi hesab olunan Naxçıvan Ermənistan sərhədinin yaratdığı regiona görə Azərbaycanla əlaqəsi kəsilərək eksklav ərazi vəziyyətinə düşmüşdür.
XXI əsrdə kommunikasiya şəraiti və texnoloji inkişaf proseslərinə görə eksklav ərazilər ilə asanlıqla əlaqə yaratmaq imkanı yaranmışdır.
Bəzi mühüm anklav və eksklav ərazilər:
Anqola: Kabinda Avstriya: Yunqhols (Jungholz) Azərbaycan: Naxçıvan, Kərki, Yukarı Əskipara, Barxudarlı, Yaradullu Ermənistan: Artsvaşen Banqladeş: Kuç Behar (Cooch Behar) Belçika: Barle-Hertoq (Baarle-Hertog) Bruney: Temburonq (Temburong) Şərqi Timor: Oekussi-Ambeno (Oecussi-Ambeno) Hindistan: Kuç Behar (Cooch Behar) İtaliya: Campione d'Italia Almaniya: Büsingen am Hochrhein Qırğızıstan: Barak Malavi: Likoma adası Oman: Müsəndəm mühafəzəsi (Musandam) və Mədhə (Madha) Rusiya: Kalininqrad vilayəti İspaniya: Seuta, Llivia və Melilya Tacikistan: Vorux və Kayraqaç (Lolazor) Türkiyə: Süleyman Şah türbəsi ABŞ: Alyaska Şimali Kipr Türk Respublikası: Kokkina Özbəkistan: Şahimərdan, Qalaça və Xalmion
İstinadlar
Ədəbiyyat siyahısı
Xarici keçidlər
Rolf Palmberg's Enclaves of the world Jan S. Krogh's Geosite "Tangled Territories" 2005 review article on exclaves and enclaves in Europe published in Hidden Europe magazine Barry Smith's Baarle Site Evgeny Vinokurov's Theory of Enclaves – a comprehensive economic and political treatment of enclaves and exclaves
Kateqoriya:Coğrafi terminlər Kateqoriya:Eksklavlar və anklavlar Kateqoriya:Anklavlar Kateqoriya:Eksklavlar Kateqoriya:Siyasət Kateqoriya:Beynəlxalq münasibətlər terminologiyası