Yağışlar Dənizi () — Ayın üzərində yerləşən geniş lava düzənliyi, Günəş sistemindəki ən böyük kraterlərdən biri. Krater Ayın Yerdən görünən tərəfinin şimal-qərb hissəsində yerləşir. Ümumi təsviri Yağışlar Dənizi krateri Ayla asteroid toqquşması nəticəsində yaranıb. Bu toqquşma təxminən 3922 ± 12 milyon il əvvəl baş verib.P. H. Schultz & D.A. Crawford, Origin and implications of non-radial Imbrium Sculpture on the Moon, Nature 535, 391–394 (2016) Toqquşma nəticəsində yaranan çıxıntılar Ayın yaxın tərəfinin geniş ərazilərini örtür.

Ayın digər kraterlərinin əksəriyyəti kimi, Yağışlar Dənizi də 1651-ci ildə italyan astronomu Covanni Riccioli tərəfindən adlandırılıb. Onun adlandırma sistemi zamanla standartlaşdırılıb. 1600-cü illərin əvvəllərində Vilyam Gilbert Ayın xəritəsini hazırlamış və Yağışlar Dənizi kraterini “Regio Magna Orientalis” (Böyük Şərq Bölgəsi) adlandırmışdılar. 1645-ci ildə Mixael van Lanqrenin xəritəsində isə bu ərazi "Mare Austriacum" (Avstriya Dənizi) kimi göstərilib. Qalereya

İstinadlar

Xarici keçidlər

Mare Imbrium at The Moon Wiki

Kateqoriya:Ay kraterləri Kateqoriya:Ay səthi