Maksimilian Osinski — amerikalı aktyordur. SHIELD agentləri -də Agent Devis və Ted Lasso-da Zava rolları ilə tanınır.

Həyatı Osinski Avstriyadakı qaçqın düşərgəsində anadan olub. Ailəsi 1984-cü ildə ABŞ-a köçüb. O, Çikaqoda böyüyüb və İllinoys ştatının Park Ridge şəhərində yerləşən Maine East Liseyinə gedib. Dram müəllimi ona Sirakuza Universitetinin Vizual və İfaçılıq İncəsənət Kollecinə daxil olmasına kömək edib. Orada 2006-cı ildə Bədii İncəsənətlər üzrə bakalavr dərəcəsi alıb. Sirakuzada oxuyarkən Londondakı Şekspir Qlob Teatrında təhsil alıb və Sorkin Həftəsi proqramının iştirakçısı seçilib.

Karyera Osinski bir neçə filmdə rol alıb, o cümlədən Sevgi və başqa dərmanlar və Ekspress: Erni Devisin hekayəsi. O, S.H.I.E.L.D. agentləri serialında Agent Devis rolunu canlandırdı. Həyat yoldaşı Diçen Lachman həmin serialın ikinci mövsümdə antagonist obrazını oynayıb. Osinski Enver Coka ilə birlikdə Hollywood hitmen adlı veb serialın həm ssenari müəllifi, həm də prodüseri olub və qısa metrajlı uğurlu film Brentvud stranglerda “Qışqırıq kraliçası” Jordan Ladd və avstraliyalı aktyor Adam J. Yind ilə birgə çəkilib.

2023-cü ildə Osinski Ted lasso serialında Zava obrazını canlandırmaq üçün seçilib

Şəxsi həyatı Osinski 2015-ci ilin yanvarından avstraliyalı aktrisa Diçen Lachmanla evlidir. Eyni ilin may ayında onların qızı dünyaya gəlib. Xarici keçidlər

İstinadlar

Kateqoriya:1984-cü ildə doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Polşa aktrisaları Kateqoriya:Avstriyada doğulanlar Kateqoriya:Avstriyadan ABŞ-yə mühacirət edənlər