Kripto-İslam ( və İslam) — üzdə başqa inanca sahib olduğunu bəyan edib əslində isə İslama bağlı olmağı nəzərdə tutan termin. Kripto-islamı tətbiq edən insanlara "kripto-müsəlmanlar" deyilir. Bu söz əsasən inkvizisiya dövründə İspan müsəlmanlarına və Siciliya müsəlmanlarına (yəni, morisklər və sarasinlər və onların alxamiado dilindən istifadəsi) münasibətdə istifadə edilmişdir. Portuqaliya imperiyasının Uzaq Şərqə genişlənməsi və İspan imperiyasının Latın Amerikasından Filippinə yayılması ilə Filippin müsəlmanları və Portuqaliya müsəlmanları da inkvizisiyaya məruz qaldılar.

Tarixi nümunələr Bəzi tarixi nümunələrə özünün İspaniyadan Mərakeşə qaçışını necə təşkil etdiyi və İsa haqqında katolik fikirlərin təkzib edildiyi kitabın müəllifi olan, 16-cı əsrdə yaşamış ispaniyalı kripto-müsəlman Əhməd ibn Qasım Əl-Həcəri daxildir. Onun kitablarında İspaniyadakı kripto-müsəlman həyatına dair təfərrüatlar da yer alırdı. O, daha sonra Mərakeşin İspaniyadakı səfiri oldu.

Məşhur simalardan biri də ispanların işğalı altında olan Molukk adalarından olan Alekso-de-Kastro (1623–1645) idi, o, kripto-müsəlman olduğuna görə ispanlar tərəfindən Latın Amerikasına aparılmış və orada Meksika inkvizisiyası önündə mühakimə olunmuşdu.

İspaniyada müsəlmanların təqibi dövründə, 1502-ci ildə verilən Oran fətvası kripto-müsəlmanlara dini öhdəlikləri inanclarını gizlətməklə necə tarazlaşdırmaq barədə təlimat verirdi.

16–18-ci əsrlərdə Rusiyada bölgənin yerli müsəlmanları tez-tez hakimiyyət tərəfindən təqiblərlə üzləşirdilər və bu, xristianlığı zorla qəbul etmə epizodları ilə müşayiət olunurdu. Bu dövrlərdə xristianlığı yeni qəbul edənlər gizli şəkildə İslam dininə sitayiş etməyə davam edirdilər. Rusiya müsəlmanlara öz inanclarını tətbiq etməyə icazə verdikdən sonra, xristianlığı qəbul edənlərin bir çoxu yenidən İslama qayıtdı.

Həmçinin bax Təqiyyə

İstinadlar

Ədəbiyyat

Rustam Shukurov, "The Crypto-Muslims of Anatolia," in Anthropology, Archeology and Heritage in the Balkans and Anatolia or The Life and Times of F. W. Hasluck (1878–1920), ed. David Shankland, Istanbul: Isis, 2004, volume 2, pages 135–158. Kateqoriya:Keçid (sosiologiya) Kateqoriya:Morisklər Kateqoriya:İslamı qəbul edənlər Kateqoriya:İslam tarixi Kateqoriya:İslam terminləri