Böyük şəhərdə seks (, hərfi tərcümədə "Seks və şəhər") — yazıçı Kendis Buşnellin qəzet köşə yazıları və 1996-cı ildə yayımlanmış eyni adlı kitabı əsasında Darren Starr tərəfindən HBO üçün yaradılmış ABŞ romantik komediya dramı. 6 iyun 1998-ci ildə premyerası baş tutan serialın 6 yayım mövsümü ərazində 94 seriyası yayımlanmış və 22 sevral 2004-cü ildə final seriyası efirə verilmişdir.
Serialda, Nyu-Yorkda yaşayan dörd rəfiqənin həyatından bəhs edilir: qəzetdə köşə yazarı olan Kerri Bredşou (Sara Cessika Parker tərəfindən canlandırılır), seksual, liberal baxışlı ictimai əlaqələr üzrə mütəxəssis Samanta Cons (Kim Kettroll tərəfindən canlandırılır), konservativ baxışlara malik art-diler Şarlotta York Qoldenblatt (Kristin Devis tərəfindən canlandırılır) və sinik hüquqşünas Miranda Hobbs (Sintiya Nikson tərəfindən canlandırılır).
"Böyük şəhərdə seks" teleserialı personaj və mövzularına görə həm tərif, həm də tənqid qazanmış, sonradan isə HBO-nun məşhurlaşmasında əsas faktorlardan biri kimi dəyərləndirilmişdir. Serial bir çox mükafatlar qazanmış, o cümlədən yeddi Praymtaym-Emmi mükafatı, səkkiz Qızıl Qlobus mükafatı və üç Kino Aktyorları Gildiyası mükafatına layiq görülmüş, bir neçə dəfə bütün zamanların ən yaxşı teleserialları siyahılarına daxil edilmişdir. Yayım sindikasiyası ilə, serial, bütün dünyada yayımlanmışdır.
Serialın yayımının bitməsindən sonra, hadisələr 2008 və 2010-cu illərdə yayıma girmiş iki tam metrajlı filmdə - "Böyük şəhərdə seks" və "Böyük şəhərdə seks 2" - davam etdirilmiş, The CW telekanalı isə serialın qəhrəmanlarından biri olan Kerri Bredşounun gəncliyindən bəhs edən "Kerrinin gündəlikləri" (2013-2014) prikvel serialını çəkmişdir. 9 dekabr 2021-ci ildə HBO Max tərəfindən serialın sikveli olan "Və beləcə..." (2021-2025) serialını təqdim etmişdir.
İstinadlar
Kateqoriya:Böyük şəhərdə seks Kateqoriya:1990-cı illərin ABŞ komediya-dram teleserialları Kateqoriya:1990-cı illərin ABŞ LGBT komediya teleserialları Kateqoriya:1990-cı illərin ABŞ romantik komediya teleserialları Kateqoriya:1990-cı illərin ABŞ erotik komediya teleserialları Kateqoriya:1990-cı illərin ABŞ tək-kamera sitkomları Kateqoriya:1998-ci ildə başlayan ABŞ teleserialları Kateqoriya:2000-ci illərin ABŞ komediya-dram teleserialları Kateqoriya:2000-ci illərin ABŞ LGBTQ əlaqəli dram teleserialları Kateqoriya:2000-ci illərin ABŞ romantik komediya teleserialları Kateqoriya:2000-ci illərin ABŞ erotik komediya teleserialları Kateqoriya:2000-ci illərin ABŞ tək-kamera sitkomları Kateqoriya:2004-cü ildə bitən ABŞ teleserialları Kateqoriya:İngilis dilində teleseriallar Kateqoriya:ABŞ-ın romantik-dram teleserialları Kateqoriya:Dəb haqqında teleseriallar Kateqoriya:Gey mövzulu teleseriallar Kateqoriya:Yazıçılar haqqında teleseriallar Kateqoriya:HBO sitkomları Kateqoriya:HBO televiziya dramları Kateqoriya:CBS Studios teleserialları Kateqoriya:Home Box Office teleserialları Kateqoriya:Warner Bros. Television teleserialları Kateqoriya:Darren Star tərəfindən yaradılmış teleseriallar Kateqoriya:Filmə uyğunlaşdırılmış teleseriallar Kateqoriya:Kitablara əsaslanan televiziya verilişləri Kateqoriya:Nyu-York şəhərində çəkilmiş teleseriallar Kateqoriya:Manhetten haqqında teleseriallar Kateqoriya:Nyu-York şəhəri haqqında teleseriallar Kateqoriya:Komediya teleserialları Kateqoriya:Mediafranşizalar Kateqoriya:LGBT-əlaqəli ABŞ teleserialları