Promerops cafer (Kap şəkərquşu) — Cənubi Afrikanın Qərbi Kap və Şərqi Kap vilayətlərinin "Fynbos" biomuna endemik olan səkkiz quş növündən biri.Note: the name "cafer" is Modern Latin for Caffer, an adjective meaning South African, or of South Africa (Caffraria). Wright D.R, Lee A.T.K. 2017. Bird -friendly Habitat Management Guidelines for the endemic birds of the Fynbos Biome. Johannesburg, South Africa: BirdLife South Africa.
Təsvir
"Promerops cafer" boz-qəhvəyi rəngli bir quşdur və quyruğunun altındakı sarı ləkə və erkəklərdə olan çox uzun quyruq lələkləri ilə asanlıqla tanınır. Erkək fərd 34-44 sm uzunluğundadır, dişi fərd isə daha qısa quyruğu, daha qısa dimdiyi və daha açıq rəngli döşü ilə 25-29 sm uzunluğundadır. "Promerops cafer"in digər bir xüsusiyyəti uçarkən çıxardığı səsdır. Əsas uçuş lələkləri elə düzülmüşdür ki, quş qanadlarını çırpdıqda, dişiləri cəlb etmək məqsədi ilə "frrt-frrt" səsi çıxarır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:1758-ci ildə təsvir edilən heyvanlar Kateqoriya:Sərçəkimilər Kateqoriya:Afrika quşları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları