Pyetro Perucino (; ) — italyan intibahı dövrünün rəssamı, Umbriya məktəbinin nümayəndəsi, Rafael Santinin müəllimi. "Perucino" ləqəbini (daha əvvəl: "della Pieve") doğulduğu yerdən almışdır.
Bioqrafiya Pyetro Peruca (Umbriya) şəhərindən 35 km məsafədə yerləşən Città della Pieve-də anadan olub. İncəsənət tarixçiləri Vannuççi ailəsinin sosial-iqtisadi vəziyyəti ilə bağlı mübahisə etməyə davam edirlər. Bəziləri Vannuççinin yoxsulluq içində olduğunu iddia edir, bəziləri isə ailəsinin şəhərin ən varlı ailələrindən biri olduğunu söyləyirlər. Rəssamın dəqiq doğum tarixi məlum deyil, lakin onun ölüm yaşına əsasən, Corco Vazarinin qeyd etdiyi kimi, onun 1446-1452-ci illər arasında doğulduğu güman edilir.
Pyetro çox güman ki, Bartolomeo Kaporali və ya Fiorenso di Lorenso kimi Peruciadakı yerli emalatxanalarda rəsm öyrənməyə başlayıb. 1470-ci ildə Florensiyaya gəlib və Vazarinin dediyinə görə Leonardo da Vinçi, Domeniko Qirlandyo, Lorenso di Kredi, Filippino Lippi və başqaları ilə birlikdə Andrea Verrokkionun emalatxanasında şagird olub. Piero della Françeskanın ona perspektiv qaydalarını öyrətdiyi güman edilir. 1472-ci ildə Perucino güman edilir ki, Compagnia di S. LucaPerugino, Pietro Vannucci detto il. — Enciclopedia on line məktəbində sənətkar kimi qeydiyyatdan keçərək şagirdliyini tamamlayıb.
1481-ci ildə İtaliyanın ən yaxşı rəssamları (Sandro Bottiçelli, Domeniko Qirlandayo, Cosimo Rosselli, Luca Signorelli və başqaları) arasında artıq məşhur sənətkar idi. Perucino Papa IV Sikst tərəfindən Vatikanda Sikstin kapellasının rəsmlərinin çəkilməsində iştirak etmək üçün Romaya dəvət edilib. Perucinonu köməkçisi Pinturikkyio müşayiət edirdi. Perucino Pinturikyonun köməyi ilə "Məsihin vəftizi", "Həvari Peterə açarların verilməsi", " Musanın oğlu Eleazarın sünnəti " kompozisiyalarını çəkdi. Mehrabın divarında yerləşən "Məsihin doğulması" və "Musanın tapılması" freskaları isə sonradan Mikelancelonun "Qiyamət günü" kompozisiyasına yer açmaq üçün söküldü.
1486-1499-cu illərdə Perucino əsasən Florensiyada işləmiş, bir dəfə Romaya, bir neçəsi Peruciyaya səfər etmiş, burada ikinci emalatxanası olmuşdu. Perucino çoxlu sayda sifarişlər almışdı. Onun Pieta əsəri (1483-93, indiki Uffizi qalereyası) Perucinonun adi sentimental dindarlığından məhrum olan qeyri-səciyyəvi dərəcədə sərt əsərdir. Vazarinin dediyinə görə, Perucino 1493-cü ilin sentyabrında memar Luka Fançellinin qızı Çiara ilə evlənmək üçün Florensiyaya qayıtmalı olmuşdu. Elə həmin il Perugino başqa yerdə işləməyə davam etsə də, Florensiyanı yenidən daimi evinə çevirdi.
1480-1490-cı illərdə Perucino İtaliyanın ən məşhur rəssamlarından biri idi. 1491-ci ildə Florensiyada Santa Maria del Fiore kafedralinin fasadının bəzədilməsi layihələrini nəzərdən keçirmək üçün komissiyanın işində iştirak etdi və 1504-cü ildə Mikelancelo Buonarrotinin əsəri olan Davidin heykəli üçün yer seçmək tapşırığı verilmiş rəssamlar komissiyasının tərkibində iştirak etdi.
1520-ci ildə Rafaelin ölümündən sonra müəllimi Perucia kilsəsində böyük şagirdin yarımçıq qoyduğu freskaları tamamladı. Rafaeldən başqa bir çox rəssam Perucinonun botteqasında (emalatxanasında) təhsil alıb. Qalereya
İstinadlar Kateqoriya:XVI əsr İtaliya rəssamları Kateqoriya:XV əsr İtaliya rəssamları Kateqoriya:Taundan ölənlər Kateqoriya:İtaliya rəssamları Kateqoriya:Perucada vəfat edənlər Kateqoriya:1523-cü ildə vəfat edənlər Kateqoriya:Vikipediya:Vikidatada mənbələri olan məqalələr Kateqoriya:1448-ci ildə doğulanlar Kateqoriya:İntibah rəssamları
Ədəbiyyat
Canuti F., Il Perugino, v. 1-2, Siena, 1931. Элиасберг Н. Пьетро Перуджино. М.: Искусство, 1966. Дунина М. В. «Вознесение Девы Марии» Пьетро Перуджино из алтарной композиции для церкви Сантиссима-Аннунциата во Флоренции: метод работы мастерской и репутация живописца // Актуальные проблемы теории и истории искусства: сб. науч. статей. Вып. 7. / Под ред. С. В. Мальцевой, Е. Ю. Станюкович-Денисовой, А. В. Захаровой. СПб.: Изд-во СПбГУ, 2017. С. 522—531. ISSN 23122129. http://dx.doi.org/10.18688/aa177-5-53 Kateqoriya:İtalyan intibah rəssamları Kateqoriya:Kvattroçento rəssamları Kateqoriya:Florensiya rəssamları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri