() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Afrikada ağac bitkisidir.
Azərbaycanda yayılması Azərbaycanda iri birillik ot bitkisi kimi becərilir.
Təsiri Adi gənəgərçək birillik bitki olub, budaqlı göyümtül və ya qırmızımtıl rəngli, dirsəkli, içərisi boş gövdələri və növəli düzülmüş barmaqvari yarılmış uzunsaplaqlı yarpaqları vardır. Bu bitkidə zəhərli təsir göstərən iki maddə var. Hoksaalbumin, ribin və risinin alkaloididir. Hoksaalbumin qüvvətli zəhərdir. Yalnız toxumunun üst qatında olur (0,1 faizə qədər). Risin bitkinin bütün hissələrində mövcuddur (toxumunda 0,15%, yarpaqlarında 1,37 %-ə qədərdir.
Bütün növ heyvanlar onun toxumunu və ya jımıxını yedikdə zəhərlənir. Bəzi məlumatlara görə onun toxumunun ölüm dozası atlara 30-50 qram, qaramala 350-400 qram, donuzlara 60 qram, qoyunlara 30 qram, buzovlara 20 qram həcmindədir.
Bitkinin vətəni Afrika olaraq təyin edilir. Çünki hər iki yarımkürənin tropik və subtropik zonalarinda təbii şəkildə yaranmışdır. Əsas mədəniyyət mərkəzləri Hindistan, İran, Braziliya, Argentina, Afrika və Çin hesab olunur.
Toksikodinamikası Risin mədə-bağırsağın sinir uclarını kəskin qıcıqlandır. Nəticədə reflektor təsiri ilə orqanizmin mühüm funksiyalarını pozur.
Zəhərlənmənin əlamətləri Heyvanlar adi gənəgərçək bitkisini yedikdə 18-24 saatdan sonra onlarda zəhərlənmənin əlamətləri başlayır. Xəstələrdə şiddətli qastro-enterit, sancı, qanlı ishal, sonralar heyvanın getdikcə zəifləməsi, gicəllənməsi baş verir. Eyni zamanda ürək fəaliyyəti də zəifləyir. Risin eritrositləri aqlutinləşdirir. Nəticədə trombun əmələ gəlməsinə, qan sağıntısı və erroziyaya səbəb olur. Bədən hərarəti əvvəlcə 40-41 dərəcəyə qalxır, sonra normadan aşağı düşür. Eyni zamanda ümumi qıc halları da nəzərə çarpır.
Təbabətdə Adi gənəgərçək bitkisindən xalq təbabətində geniş isifadə olunur. Bu bitkidən alınan yağ müxtəlif dəri xəstəlikərində istifadə olunur. Onun antibakteriyal, nəmlədirici, sağaldıcı və təmizləyici xüsusiyyətləri — kəpək, qaşınma, dərinin quruluğu, qıcıqlanma və qırmızılıq kimi problemlərin həllində köməkçi olur.
Adi gənəgərçək yağı saçlara əvəzolunmaz xeyir verərək onlara çox yaxşı təsir göstəriir.
Sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Afrika florası Kateqoriya:Zəhərli bitkilər Kateqoriya:Bitki yağları Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları