F'rhyme və ya əsl adı ilə Fikrət Tağıyev — azərbaycanlı reper. Hazırda 140 Vibes leyblı altında fəaliyyət göstərir.
Həyatı və musiqi karyerası Fikrət Tağıyev 3 avqust 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 115 nömrəli tam orta məktəbdə bitirib. Bakalavr pilləsi üçün isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" ixtisası üzrə təhsil alıb.
Musiqi karyerasına 2015-ci ildə başlayan Fikrət F'rhyme ləqəbi altında treklər çıxarmağa başlayıb. 2018-ci ilin oktyabr ayında "140 Vibes"ın təməlini qoyanlardan biri olur. Leyblın ilk treki də F'rhyme ilə Aintnolie-ın iştirak etdiyi "Nə?" olur. Həmin ildən bəri eyni leybl ilə karyerasını davam etdirir.
26 avqust 2021-ci ildə ilk EP-si olan 6 trekdən ibarət "UNTITLED TAPE"-i çıxarmışdır. Təqribən 1 il sonra, 19 avqust 2022-ci ildə ilk albomu olan "Mutant"ı buraxmışdır. 10 noyabr 2023-cü ildə isə "Mutasiya davam edir" adlı miksteypini təqdim edib.
2023 iyul–2025 yanvar aralığında hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra isə "UG BPM" layihəsində iştirak edib.
Diskoqrafiyası Albomlar Ad Tarix Detallar Mutant 19 avqust 2022
EP və miksteyplər Ad Tarix Detallar UNTITLED TAPE 26 avqust 2021 Mutasiya davam edir 10 noyabr 2023
Sinqllar
İstinadlar