– Yaponiya səs aktrisası. "StarCrew" agentliyi ilə əməkdaşlıq edir. "Rascal Does Not Dream" animesində May Sakuracima və "Jujutsu Kaisen" animesində Nobara Kuqisakini səsləndirməsinə görə tanınır.
Həyatı və karyerası Asami Seto 2 aprel 1993-cü ildə Yaponiyanın Saytama prefekturasında doğulmuşdur. 2009-cu ildə "Sigma Seven" agentliyinin dinləmələrinə qatılmış və seyyu olmuşdur. Seyyu kimi 2010-cu ildə debüt etmiş, "Wandering Son" animesində Yoşino Takatsuki personajını səsləndirmişdir. Onun ilk əsas rolu 2011-ci ildə "Chihayafuru" animesinin baş qəhrəmanı Çihaya Ayase olmuşdur. O, həmin vaxt liseydə təhsil alırdı və klub fəaliyyətlərindən sonra "Hunter × Hunter" animesinin personajı Kurapikini səsləndirmək üçün dinləmələrə qatılmışdır. Onun performansı "Chihayafuru" manqasının anime adaptasiyası üzərisində işləyən heyət tərəfindən bəyənilmiş və o, əsas rol üçün seçilmişdir. Seto "Chihayafutu" animesinin bağlanış mahnısı olan "Soshite Ima" mahnısını da ifa etmişdir.
21 sentyabr 2019-cu ildə Kanaqava prefekturasının Fucisava şəhərində bir günlüyünə yol polisi kimi işləmişdir.
Seto karyerasının ilk illərində "Sigma Seven E" agentliyinin, daha sonra əsas – "Sigma Seven" agentliyinin tərkibində fəaliyyət göstərmişdir. 1 noyabr 2021-ci ildə "StarCrew" agentliyinə keçmişdir.
2025-ci ildə "Ən yaxşı ikinci rola görə" Seyyu Mükafatının qaliblərindən biri olmuşdur.
Animeoqrafiya Asami Seto "Chihayafuru" animesində Çihaya Ayase, "Death Parade" animesində Çiyuki, "Overlord" animesində CZ2128 Delta, "Bungo Stray Dogs" animesində İçiyo Hiquçi, "Rascal Does Not Dream" animesində May Sakuracima, "The Rising of the Shield Hero" animesində Raftaliya, "Jujutsu Kaisen" animesində Nobara Kuqisaki, "The Eminence in Shadow" animesində Alfa, "Kaiju No. 8" animesində Mina Aşiro, "May I Ask for One Final Thing?" animesində Skarlet, "The Apothecary Diaries" animesində Loulan, "Ruri Rocks" animesində Naqi Aratonu səsləndirmişdir.
İstinadlar
Xarici keçidlər Rəsmi bloqu
Kateqoriya:Yaponiya səs aktrisaları