Akotanqo vulkanı — Boliviya və Çili sərhədində yerləşən stratovulkan qrupunun mərkəzi və ən hündür zirvəsi. Hündürlüyü 6,052 metr (19,856 fut) təşkil edir. Vulkan qrupu şimal-cənub istiqamətində uzanır. Akotanqo vulkanı güclü şəkildə eroziyaya məruz qalmışdır, lakin onun şimal yamacındakı lava axını morfoloji cəhətdən gənc görünür, bu da Akotanqonun Holosen dövründə fəal olduğunu göstərir."Acotango Volcano" nd Volcano Discovery http://www.volcanodiscovery.com/acotango.html Sonrakı tədqiqatlar göstərir ki, bu lava axını Pleystosen dövrünə aid ola bilər.
Zirvəyə yürüş
Çili tərəfdən zirvəyə yürüş təhlükəlidir, çünki ərazidə mina təhlükəsi var. Lakin Boliviya tərəfdən yürüş nisbətən təhlükəsizdir.Andean Summits 2013 Acotango;One of the triplets Cənub yürüşü buzlaq üzərindən başlayır və tərk edilmiş mis mədənindən keçir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə vulkanlar Kateqoriya:Çilidəki vulkanlar Kateqoriya:Çili dağları Kateqoriya:Çilidəki stratovulkanlar