Səhənd dağı – İranda, Təbriz şəhərinin cənub tərəfində yerləşən və vulkan mənşəli dağ.

Dəniz səthindən 3700 m hündürlükdə olan Səhənd dağı və qolları olan Qaflantı, Şibli keçidi, onun Qərbində isə Liqvan yüksəkliyi Təbriz şəhərini əhatə edir. Qaranqu çayı öz başlanğıcını Səhənd dağından alır. Səhənd dağı öz əsrarəngiz gözəlliyi ilə qədim Azərbaycan şəhəri Təbrizin simvollarından biridir.

Həmçinin bax

Səhənd xizək kurortu Savalan

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İran dağları Kateqoriya:Cənubi Azərbaycan Kateqoriya:Şərqi Azərbaycan ostanının dağları Kateqoriya:Dağ zirvəsi – üçminliklər Kateqoriya:Dağ zirvəsi – üçminliklər Kateqoriya:Stratovulkanlar Kateqoriya:Sönmüş vulkanlar