İnternet məxfiliyi — İnternet vasitəsilə insanın özünə aid məlumatların saxlanması, yenidən istifadə edilməsi, üçüncü tərəflərə təqdim edilməsi və göstərilməsi ilə bağlı şəxsi məxfilik hüququnu və ya tələblərini əhatə edir. İnternet məxfiliyi, məlumat məxfiliyinin bir alt sahəsidir. Məxfiliklə bağlı narahatlıqlar iri miqyaslı kompüter paylaşımının başlanğıc dövrlərindən etibarən ifadə edilmiş və xüsusən də kütləvi nəzarət məsələləri ilə əlaqələndirilmişdir.

Məxfilik həm şəxsi identifikasiyaedici məlumatları (PII), həm də qeyri-PII məlumatları, məsələn, bir vebsayt ziyarətçisinin onlayn davranışını əhatə edə bilər. PII dedikdə fərdi identifikasiya üçün istifadə oluna bilən istənilən məlumat nəzərdə tutulur. Məsələn, təkcə yaş və fiziki ünvan, adın açıq şəkildə göstərilməsə belə, həmin iki parametrin kifayət qədər unikal olması səbəbilə fərdi müəyyən edə bilər. PII-nin digər formalarına mobil tətbiqlərin istifadə etdiyi GPS izləmə məlumatları da daxil ola bilər, çünki gündəlik marşrut və rutin məlumatlar da bir şəxsin identifikasiyası üçün kifayət edir.

Bəzi tədqiqatçılar qeyd edirlər ki, “onlayn xidmətlərin cəlbediciliyi şəxsi məlumatları qəsdən yaymaqda”dır. Digər tərəfdən, təhlükəsizlik mütəxəssisi Bryus Şnayyerin “Məxfiliyin dəyəri” adlı essedə dediyi kimi, “Məxfilik, biz heç bir səhv etməsək belə, hakimiyyətdə olanların sui-istifadəsindən bizi qoruyur.”

İstinadlar

Ədəbiyyat siyahısı

Lohr, Steve, "How Privacy Can Vanish Online, a Bit at a Time", The New York Times, Wednesday, March 17, 2010 Gazaleh, Mark (2008) "Online trust and perceived utility for consumers of web privacy statements – Overview" WBS, 35pp. Federal Trade Commission, "Protecting Consumer Privacy in an Era of Rapid Change: A Proposed Framework for Businesses and Policymakers", December 2010 Topolsky, J. (2012, February 16). "Tempted by cool apps, users should see Apple's privacy issues as a wake-up call". Washington Post, p. A15. "PRISM-Proof Security Considerations", Internet-Draft, Phillip Hallam-Baker, Internet Engineering Task Force (IETF), October 27, 2014.

Xarici keçidlər

Electronic Frontier Foundation - an organization devoted to privacy and intellectual freedom advocacy Ponemon Institute - independent research center dedicated to privacy, data protection and information security policy Pew Research Center - Online Privacy and Safety - nonpartisan fact tank that informs the public about the issues, attitudes and trends shaping the world Expectation of privacy for company email not deemed objectively reasonable – Bourke v. Nissan Internet Privacy: The Views of the FTC, the FCC, and NTIA: Joint Hearing before the Subcommittee on Commerce, Manufacturing, and Trade and the Subcommittee on Communications and Technology of the Committee on Energy and Commerce, House of Representatives, One Hundred Twelfth Congress, First Session, July 14, 2011

Kateqoriya:İnternet məxfiliyi Kateqoriya:İnformasiya təhlükəsizliyi Kateqoriya:Şəbəkə təhlükəsizliyi Kateqoriya:İnternet