Keçid mərasimləri və ya Keçid ayinləri() — 1909-cu ildə etnoloq Arnold van Gennep tərəfindən irəli sürülmüş və geniş rezonans doğurmuş bir etnoloji konsepsiya. Van Gennepə görə, hər bir insanın həyatında müxtəlif həyat mərhələlərindən digərlərinə keçidlər mövcuddur. Bu keçidlərə misal olaraq yetkinləşmə dövrü (uşaqlıqdan yetkinliyə keçid), subaylıqdan evliliyə keçid, bir icmaya yad olmaqdan o icmanın üzvü olmağa keçid kimi halları göstərmək mümkündür.

Van Gennepə görə, sənaye dövrünə keçə bilməmiş bəzi icmalarda bu kimi keçid mərhələləri sosial həyatı formalaşdıran ən əhəmiyyətli ünsürlər idi. Buna görə, həmin cəmiyyətlərdə keçid mərasimləri şəxsi məsələlər olmaqdan ziyadə, rituallar vasitəsilə tənzimlənməli idilər.

Van Gennep tərəfindən ilk dəfə ortaya atılan bu konsepsiya sonralar şotlandiyalı etnoloq Viktor Turnerin (Victor Turner) aralıq mərhələ () nəzəriyyəsi ilə inkişaf etdirilmişdir. Buna əsasən, aralıq mərhələ keçiddən əvvəlki və keçiddən sonrakı dövrlər arasında qalan aralıq prosesə verilən addır.

İstinadlar

Ədəbiyyat siyahısı Aronson, E. & Mills, J. (1959) "The effect of severity of initiation on liking for a group." 'Journal of Abnormal and Social Psychology', pp. 177–181.

Əlavə ədəbiyyat siyahısı Hatzopoulos, Miltiades B., "Macedonian Cults" (as "Cultes et rites de passage en Macédoine"), Athens & Paris, 1994 Devine, A.M., "Review: Macedonian Cults", The Classical Review, New Series, Vol. 46, No. 2 (1996), pp. 279–281, Cambridge University Press on behalf of The Classical Association Padilla, Mark William (editor), "Rites of Passage in Ancient Greece: Literature, Religion, Society", Bucknell University Press, 1999. Xarici keçidlər

Rites of Passage at Dictionary.com

Kateqoriya:Dindəyişmə ayinləri Kateqoriya:Etnoqrafiya Kateqoriya:Mərasimlər