Bharal qoyunu () — Boşbuynuzlular fəsiləsinin Cütdırnaqlılar dəstəsinə aid vəhşi qoyun növü. Ümumi məlumat Həmçinin mavi qoyun adlanan Bharal qoyunu yüksək Himalay dağlarında yaşayan qoyundur.
Pseudois cinsinin yeganə nümayəndəsidir. Pakistan, Hindistan , Nepal, Butan, Myanma və Çinin Qansu, Ninsya, Siçuan, Tibet və Daxili Monqolustan əyalətlərində rast gəlinir. Ninsya əyalətindəki Helan dağları dünyada ən yüksək bharal sıxlığına malikdir.
Yerli adları mandarin dilində yanyang, hind dilində bharal, barhal, bharar və bharut, tibet və Ladax dillərində na və ya sna, Spiti dilində nabo, Nepal dilində naur və Butan dilində na və ya gnao kimi tanınır. Bharal, 1973-cü ildə Corc Şaller və Piter Matiessenin Nepalə ekspedisiyasının əsas mövzusu olmuşdur. Onların şəxsi təcrübələri Matiessenin "Qar Leoparı" kitabında ətraflı təsvir edilmişdir. Bharal, qar leoparının əsas ov obyektidir.
Təsviri Bu orta ölçülü keçilərin baş və bədən uzunluğu 115-165 sm, quyruq uzunluğu 10-20 sm, çiyin hündürlüyü 69-91 sm arasında dəyişir. Çəkisi 35-75 kq arasında ola bilər. Erkəklər dişilərdən bir qədər böyükdür. Yoğun xəzi boz rəngdədir. Qarın və ayaqların arxa hissəsi ağ, sinə və ayaqların ön hissəsi qara rəngdədir. Boz bel və ağ qarın arasında kömür rəngli zolaq var. Qulaqları kiçikdir və burunun üst hissəsi tünd rəngdədir. Həm erkək, həm də dişi fərdlərdə buynuzlar var və üst səthi yivlidir. Erkəklərdə buynuzlar yuxarıya doğru böyüyür, sonra yanlara doğru dönür və geriyə əyilir, tərs çevrilmiş bir bığa bənzəyir. Buynuzların uzunluğu 80 sm-ə qədər ola bilər. Dişilərdə buynuzlar daha qısa və düz olur, uzunluğu 20 sm-ə qədər çatır.Bharal, Himalayan blue sheep . Ultimateungulate.com. Retrieved on 2012-08-23.Smith, A. T., Xie, Y. (eds.) (2008) A Guide to the Mammals of China. Princeton University Press, Princeton Oxfordshire .
Davranışı və ekologiyası Bharal gün boyu fəal olur, otlaq yamaclarında yemək və istirahət edərək vaxt keçirir. Əla kamuflyaj və ətraf mühitin açıq olması səbəbindən yaxınlaşan təhlükə zamanı hərəkətsiz qalır.
Bharal əsasən otla qidalanır, lakin otun az olduğu dövrdə kol və bitkilərlə də qidalanır.
Bharalın cütləşmə dövrü noyabrın sonundan yanvarın ortalarına qədər davam edir. Erkəklər müxtəlif strategiyalardan istifadə edir. Onlar dişiləri qoruyurlar. Quzular iyunun sonu və iyul aylarında doğulur.
Qorunma statusu Bharal Beynəlxalq Təbiəti Mühafizə Birliyi tərəfindən "Az riskli" kateqoriyasına daxil edilmişdir.
Qalereya
İstinadlar
Ədəbiyyat
Namgail, T., van Wieren, S.E., Mishra, C. & Prins, H.H.T. (2010). Multi-spatial co-distribution of the endangered Ladakh urial and blue sheep in the arid Trans-Himalayan Mountains. Journal of Arid Environments, 74: 1162–1169. Namgail, T., Mishra, C., de Jong, C. B., van Wieren, S.E. & Prins, H.H.T. (2009). Effects of herbivore species richness on blue sheep niche dynamics and distribution in the Indian Trans-Himalaya. Diversity and Distributions 15: 940–947.
Shrestha, R., Wegge, P. & Koirala, R. A. (2005). Summer diets of wild and domestic ungulates in Nepal Himalaya. Journal of Zoology (London), 266: 111 – 119.
Xarici keçidlər
Photos and further information Bharal at Animal Diversity Web
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Asiya məməliləri Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Cənubi Asiya faunası Kateqoriya:20–24 ID olan Taksonbar