İnetimi Alfred Odon () — Timaya təxəllüsü ilə tanınan Nigeriya musiqiçisi. Yaradıcılığında Nigeriya pop musiqisini densholl, hip-hop, soka və Afro-Karib musiqisi üslubları ilə sintez edir. "DM ("Dem Mama") Records Limited" şirkətini təsis edib.
Timayanın solo fəaliyyəti 2005-ci ildə Odi hadisələrini əks etdirən "Dem Mama" sinqlı ilə başlanıb. 2006-cı ildə ilk albomu "True Story" (), 2008-ci ildə ikinci albomu "Gift and Grace" () yayımlanıb. "Black Body Entertainment" şirkəti ilə birgə istehsal edilmiş üçüncü albomu "De Rebirth"də () "Plantain Boy" mahnısı yer alıb. 2011-ci ildə "Dem Mama Soldiers" qrupu ilə "LLNP" ("Long Life N Prosperity") albomunu buraxıb. 2012-ci ildə "Upgrade" adlı növbəti albomunu təqdim edib. Yaradıcılığına görə dörd "Headies", iki "AFRIMMA", bir "Nigeria Music" və bir "NEA" mükafatı alıb.
Erkən illəri İnetimi Alfred Odon 1980-ci il avqustun 15-də Nigeriyanın Rivers ştatının Port-Harkort şəhərində anadan olub. 15 uşaqlı ailənin sonbeşiyidir. Atası bank sektorunda çalışıb, anası ticarətlə məşğul olub. İbtidai təhsilini "Assemblies of God" məktəbində alıb. Orta təhsilinə Port-Harkortun Nkpolu-Orovoruko məktəbində başlayıb, burada təhsil aldığı dövrdə məktəb qaydalarını pozaraq gecə musiqi tədbirlərində iştirak edib. Sonradan Laqos şəhərinə köçüb və İkeca qrammatika məktəbində orta təhsilini başa vurub.
Timayanın Port-Harkort Universitetində təhsili uğursuz olub. Birinci semestrdə aşağı akademik göstəricilərə görə universiteti tərk edərək Laqos şəhərinə qayıdıb və İdris Abdulkərimin hip-hop qrupunda vokal müşayiətçisi kimi fəaliyyətə başlayıb. Üç ildən sonra qrupdan ayrılaraq solo ifaçılıq fəaliyyətinə keçib. Laqos şəhərinin "UDX" rep qrupunun buraxılmamış musiqi klipində epizodik rol alıb. Mafoluku rayonunda prodüser Obaksolo ilə tanışlığı nəticəsində "Dem Mama" adlı ilk uğurlu musiqisini yazıb. "True Story" adlı ilk albomu üçün Namse Udsen (Menthol X) ilə birgə "Pomporo" musiqisini hazırlayıb.
Diskoqrafiya Studiya albomları True Story (2007) Gift And Grace (2008) De Rebirth (2010) LLNP Long Life N' Prosperity (2011) Upgrade (2012) Epiphany (2014) Gratitude (2020) Gladiator (2024)
Minialbomlar Chulo Vibes (2019)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Nigeriya musiqiçiləri